Sürücülük vəsiqəsi almaq çətinləşə bilər - VİDEO

Sürücülük vəsiqəsi almaq çətinləşə bilər - VİDEO

Lakin ekspertlər belə düşünmür

Azərbaycanda sürücülük vəsiqələri üçün təşkil edilən imtahanların Dövlət İmtahan Mərkəzi Tərəfindən keçirilməsi təklif edilib.

BakuCity.az Sfera.az-a istinadən xəbər verir ki, millət vəkili Fazil Mustafa bunun mümkün olduğunu deyib:

"Bugünkü qəzaların çoxu bundan doğan problemdir. Bu məsələ öz həllini tapa bilər, müvafiq qurumlar arasında danışıqlar aparılmalıdır".

Ekspertlər isə deyir ki, imtahanın hansı qurum tərəfindən keçirilməsinin önəmi yoxdur. Əgər bu iş DYP-dəki kimi icra ediləcəksə, başqa bir quruma həvalə etmək əlavə çətinliklər yarada bilər. Bu, həm də vətəndaşların vaxt itkisinə səbəb olacaq.

BakuCity.az

Bakı sürücülük vəsiqəsi imtahan
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər