"Mənzil bazarında kəskin qiymət artımı gözlənilir" - SƏBƏBLƏR + VİDEO

Mərkəzdə yeni tikintilərin olmaması da qiymətə təsir edir

Hazırda mənzil bazarında potensial alıcı kütləsini daha çox qarşıdakı aylardakı tendensiyalar maraqlandırır. Ənənəvi olaraq Azərbaycan xalqında daşınmaz əmlaka həm etibarlı, qalıcı sərvət kimi baxılır, həm də gələcək nəsilə ötürülən dəyərli hədiyyə, miras sayılır. Bu mənada mənzil bazarında  qiymət dəyişiklikləri toplumda narahatlıqla izlənilən mövzudur. Aparılan araşdırma və təhlillər, həmçinin, bu sahə üzrə ixtisaslaşmış ekspertlərin proqnozlarına görə gələn ilin başlanğıcından mənzil bazarında kəskin qiymət artımı gözlənilir.

BakuCity.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlının sözlərinə görə, qiymət artımını şərtləndirən bir sıra amillər var:

“Son 1 ildə mənzil tikintisi sahəsində qəbul olunan qərarlar, şəhərsalma və infrastruktur layihələri ilə bağlı ölkə rəhbərliyinin tapşırıq və tövsiyələri, əhalinin mənzil- məişət şəratinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən sosial layihələr, yaşayış sahəsinə tələbatın yüksək olması, turist axını və məskunlaşma ilə bağlı olan demoqrafik amillər…”.

Ekspert bildirir ki, bu günlərdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovu qəbul edən Prezident İlham Əliyev tikinti sahəsində ciddi addımların atılması ilə bağlı tapşırıqlar verib:

Həmçinin oxu: Bakıda ən ucuz mənzil: sənədləri də qaydasındadır - FOTO + QİYMƏT

“Burada diqqəti 2 ciddi məsələ çəkir. Bunlardan 1-cisi Şəhərin mərkəzində “İçərişəhər” metrosu və yaxın ərazilərdə 2-3 mərtəbəli tarixi binaların qorunması, onların yerində yeni hündürmərtəbəli binaların tikintisinin yolverilməzliyi, digəri isə tikinti standartları ilə bağlı kafisentlərin aşağı salınması və bunlara əməl olunması məsələsidir. Artıq bu tapşırıqdan sonra qeyd olunan ərazidə mənzillərin qiymətlərində kəskin artım qaçılmazdır.

Bakının mərkəzində hündürmərtəbəli binaların inşasına məhdudiyyətlər qoyulub. Xüsusilə İçərişəhər və ətraf ərazilər tarixi memarlıq nümunələrinin qorunması baxımından əhəmiyyətlidir. Mərkəz hissədə yeni tikintilərin olmaması, lakin tələbin ildən-ilə artımı təbii olaraq qiymətə təsir göstərir. Həmçinin, ildən ilə ölkəyə turist axını bu sahəyə təsir edir. İmkanlı turistlər içərisində Bakıda, xüsusən mərkəz yerlərdə mülk sahibi olmaq niyyətləri və örnəkləri var. Qeyd edilənlərdən belə nəticəyə gəlmək olar ki, paytaxtda, xüsusilə mərkəzdə növbəti ildən mənzillərin qiymətinin artımı qaçılmazdır”.

BakuCity.az

Bakı mənzillər bahalaşma
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Zərflər fevralın 7-də açılacaq “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti yüksək gərginlikli avadanlıqlara illik texniki servis xidmətinin satınalması üzrə açıq müsabiqə elan edir. BakuCity.az-ın məlumatına əsasən, müsabiqədə iştirak etmək üçün tələb olunan sənədlər (açıq müsabiqə şərtlərində göstərilən, qiymət təklifi istisna olmaqla) 4 fevral 2020-ci il saat 17:00-dək, qiymət təklifi isə möhürlənmiş zərfdə 6 fevral 2020-ci il saat 17...
Cəmiyyət
2020-ci il Azərbaycanda “Könüllülər ili” elan edilib 1 fevral 2020-ci il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyində müxtəlif qurumlarda fəaliyyət göstərən könüllülərin iştirakı ilə bilik yarışı keçiriləcək. BakuCity.az xəbər verir ki, bunu nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib. Müxtəlif nazirlik və komitələrin könüllülərini bir araya toplayan yarışın keçirilməsində məqsəd könüllülər arasında sağlam rəqabət mühitinin formalaş...
Cəmiyyət
Nəzarət gücləndirilib Bakı Nəqliyyat Agentliyi hazırda müşahidə olunan hava şəraiti ilə əlaqədar bütün hərəkət iştirakçılarına ehtiyatlı olmağı tövsiyə edib. Agentlikdən BakuCity.az-a verilən məlumata görə, qurum sərnişinlərdən avtobus dayanacaq pavilyonlarında gözləyərkən diqqətli olmağı xahiş edib: “Sərnişinlər dayanacaq məntəqəsinin ərazisindən kənarda avtobusa minib-düşməsinlər. Həmçinin Nəqliyyat Mübadilə mərkəzlərinin ərazisində eyni qaydalara riayət...
Hadisələr
Avtomobillərə ciddi ziyan dəyib Ötən gün paytaxda yol nəqliyyat hadisəsi baş verib. BakuCity.az Avtosfer.az-a istinadən xəbər verir ki, Nizami küçəsi ilə Keykab Səfərəliyeva küçəsinin kəsişməsində işıqforun qırmızı işığından keçən “Hyundai” markalı avtomobil digər yolda hərəkətdə olan mühafizə polisinə məxsus xidməti avtomobillə toqquşub. Toqquşmadan sonra idarəetməni itirən “Hyundai” markalı avtomobil işıqforun dirəyinə çırpılaraq onu aşırdıb. Hadisə nəti...
Cəmiyyət
Körpələr evində 3 yaşa qədər uşaqlar saxlanılır Son günlər sosial şəbəkədə yenidən yayımlanan video və şəkillərin 2019-cü ilin oktyabr-noyabr aylarında bir sıra elektron kütləvi informasiya vasitələrində yayımlanması ilə bağlı xüsusi komissiya yaradılıb. Bu barədə BakuCity.az-a Səhiyyə Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, araşdırmalar aparılıb, körpələrin bir-birinə bağlanması öz təsdiqini tapmasa da, uşaqların bezlərinin düşməməsi üçün bellərinə...
Cəmiyyət
İşlər davam etdirilir Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Bakının Baş Planının hazırlanması prosesi davam edir. BakuCity.az-ın məlumatına görə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib ki, komitə tərəfindən 2018-ci ildə əməkdaşlığa cəlb olunmuş “BCG” nüfuzlu beynəlxalq məsləhətçi şirkətinin dəstəyi ilə hazırlanmış Bakının İnkişaf Konsepsiyası əsasında şəhərin Baş planının hazırlanması istiqamətində kompleks işlər 2019-...
Mədəniyyət
Film “CinemaPlus” da nümayiş olunub “Gənclik Mall” TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında birinci hissəsi 25 il öncə çəkilən və çoxdandır gözlənilən “Pis oğlanlar 3” filminin təqdimatı keçirilib. BakuCity.az xəbər verir ki, tədbirdə Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyoru Rüstəm Kərimov və Arogun Johnny Ayomide Uill Smitin və Martin Lourensin filmdəki obrazlarını canlandırıblar. “CinemaPlus”un rəsmi təfəfdaşı olan “The Five” şirkət...
Siyasət
Sənədə konfrans çərçivəsində imza atılıb Bakı və Moskva arasında mədəni əməkdaşlıq haqqında protokol imzalanıb. BakuCity.az xəbər verir ki, adıçəkilən sənəd “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransı çərçivəsində imzalanıb. Sənədi Azərbaycan tərəfdən Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov, Rusiya tərəfdən isə Moskva Şəhər Mədəniyyət Departamentinin rəhbəri Aleksandr Kibovski imzalayıb. BakuCity.az
Cəmiyyət
"Çindən gələnləri mütləq yoxlamaq lazımdır" Çindən Azərbaycana gələnlər mütləq hava limanında koronavirusla bağlı yoxlamadan keçirilməlidirlər. BakuCity.az xəbər verir ki, bunu Azərbaycanın baş infeksionisti Cəlal İsayev “Report”a açıqlamasında deyib. Onun sözlərinə görə, Çinə gedən Azərbaycan vətəndaşları da ehtiyatlı olmalı, özlərini qorumalıdırlar: “Azərbaycanda koronavirusa yoluxma riski var. Çünki Azərbaycanla Çin arasında sıx gediş-gəliş mövcuddur. Ç...