Türkiyənin tanınmış repçisinin Bakı konsertinə sayılı günlər qaldı - FOTO + VİDEO

Türkiyənin tanınmış repçisinin Bakı konsertinə sayılı günlər qaldı - FOTO + VİDEO

Türkiyənin tanınmış repçisi Bakıda konsert verəcək 

CEZA canlı orkestrlə birlikdə dekabrın 21-də "Elektra Events Hall" səhnəsində azərbaycanlı heyranları ilə görüşəcək.

BakuCity.az xəbər verir ki, məşhur repçi konsert boyunca ən sevilən mahnılarını ifa edəcək.

Ceza 2002-ci ildə ilk albomu Med Cezir'i, ardından "Rapstar", "Feyz Al", "Yerli Plaka", "Evin Delisi", "Bomba Plak", "Onuncu Köy", "Türk Marşı" ve "Suspus" adlı albom və single işlərini yayımlayıb. ABŞ-ın əfsanəvi rep sənətçisi "Tech N9ne"-nin "All 6's & 7's" albomundakı "Worldwide Choppers" adlı mahnıda rep musiqisinin dünyada əhəmiyyətli adlarla yanaşı nümayiş olunmasına nail olub.

Başda Türkiyə olmaqla bir çox ölkələrdə festivallarda yer alan Ceza, eyni zamanda, MTV EMA təltifini alan ilk türk musiqiçisidir.

2015-ci ilə yayımladığı "Suspus” albomu Tunes tərəfindən ilin ən yaxşı "Rap/Hip Hop" albomu seçilib. O, albomla eyniadlı mahnısı ilə NPR (National Public Radio) Müzik-in ən yaxşı mahnıları siyahısında yer alan türk musiqiçi olub.

Biletləri şəhərin bütün kassalarından, "Park Bulvar", "28 Mall", "Ganjlik Mall" ticarət mərkəzlərindən, "ASAN xidmət" mərkəzlərindən və www.iticket.az saytından 35-150 AZN-ə əldə edə bilərsiniz.

Konsertin informasiya tərəfdaşı BakuCity.az saytıdır.

Türkiyənin tanınmış repçisinin Bakı konsertinə sayılı günlər qaldı - FOTO + VİDEO, fotoşəkil-1

BakuCity.Az

bAKI CEZA KONSERT
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər