Abonentlərdən 10 manat alır
"Azəriqaz" Bakıda abonentlərdən qanunsuz pul tələb edən şəxsin görüntülərini yayıb.
BakuCity.az-ın məlumatına görə, bu barədə APA TV-yə “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.
Qeyd olunub ki, naməlum şəxs paytaxtın Elşən Süleymanov küçəsində bina evlərindən smart-kart tipli sayğacların kartlarının dəyişdirilməsi adı ilə pul yığır. O, hər abonentdən 10 manat tələb edir.
“Azəriqaz”dan deyiblər ki, İB-nin əməkdaşları abonentlərlə heç vaxt bu cür ünsiyyətdə olmur və smart-kartların zədələnmədiyi halda istifadə müddəti məhdudiyyətsizdir.