Yenə də yüksək sürət
Bakının Sahil qəsəbəsində avtomobil mağazaya çırpılıb.
BakuCity.az Baku.ws-ə istinadən xəbər verir ki, hadisə noyabr ayında baş verib. Sahil qəsəbəsində baş verən qəzanın görüntüləri isə indi yayılıb.
Baş verən qəza mağazanın müşahidə kamerasına düşüb. Videodan göründüyü kimi, “Nissan X-Trail" markalı, 90 ZM 379 nömrə nişanlı minik maşını sürətlə geyim mağazasına girib.
Nəticədə mağaza dağılıb, maşına isə ziyan dəyib.
Həmçinin oxu: Bakıda ağır qəza: sürətlə gedən BMW əks yola çıxdı, yaralılar var - FOTO + VİDEO
Xoşbəxtlikdən qəza zamanı mağazada və maşında olan insanlara zərər dəyməyib.
Hadisənin görüntülərini təqdim edirik: