Yenə texniki nasazlıq
Bakı-Sumqayıt sürət qatarının hərəkətində yenidən problem yaranıb.
BakuCity.az Baku.ws-ə istinadən xəbər verir ki, səhər saatlarında 08:15-də Biləcəridən yola düşməli olan qatar 12 dəqiqə gec hərəkət edib.
Qatarı idarə edən maşinist sərnişinlərə texniki nasazlıq ucbatından belə bir halın baş verdiyini bildirib.
Həmçinin oxu: Bakı-Pirşağı qatarlarının qrafikindən narazılıq: "Səhər saat 7-də şəhərdə nə edək?"
"Azərbaycan Dəmir Yolları" QSC-nin yaydığı açıqlamada bildirilir ki, kəskin hava şəraiti ilə əlaqədar (güclü küləyin əsməsi nəticəsində) bu gün 03:25 radələrində Bakı-sərnişin Keşlə mənzilində kontakt şəbəkədə texniki nasazlıq yaranıb. Hadisə nəticəsində saat 07:50-də Bakıdan, 08:40-da Sumqayıtdan yola düşməli olan elektrik qatarları hərəkətdə olmayıb. Təcili bərpa işlərinə başlanılıb və texniki nasazlıq aradan qaldırılıb. Hazırda qatarlar cədvəl üzrə hərəkət edirlər.
Qeyd edək ki, son günlər Bakı-Sumqayıt sürət qatarının hərəkətində tez-tez problemlər yaranır. Qatarların gecikməsinə səbəb yağışlı hava şəraiti ilə əlaqədar yaranan atmosfer gərginliyi nəticəsində, kontakt şəbəkəsində izolyator zədələnməsidir.
BakuCity.az