Bakıda daha bir tələbə dəm qazından öldü

Bakıda daha bir tələbə dəm qazından öldü

4-cü kurs tələbəsi idi

Bakıda daha bir tələbə dəm qazından boğulub.

BakuCity.az Trend-ə istinadən xəbər verir ki, hadisə dekabrın 4-də baş verib.

Ağsu rayon sakini, 1998-ci il təvəllüdlü Dadaşov Nurlan Akif oğlu Bakıda kirayə yaşadığı evin hamam otağında dəm qazından boğulub.

Həmçinin oxu: Bakıda daha iki tələbə zəhərləndi

N.Dadaşovun meyiti otaq yoldaşları tərəfindən aşkar edilib.

Məlumata görə, N.Dadaşov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 4-cü kurs tələbəsi idi.

BakuCity.az

Bakı dəm qazı zəhərlənmə tələbə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər