Sərnişinlərə şad xəbər: Bakıda bu marşrut xətti uzadıldı - FOTO

Sərnişinlərə şad xəbər: Bakıda bu marşrut xətti uzadıldı - FOTO

Kəsişmədə dairə təşkil edilib

46 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemi dəyişdirilib.

Bakı Nəqliyyat Agentliyindən BakuCity.az-a verilən məlumata görə, vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq, bu marşrut xətti üzrə avtobuslar General Əliağa Şıxlınski və Səməd bəy Mehmandarov küçələrinin kəşisməsinədək hərəkət edəcək.

Avtobusların qeyd edilən ərazidə rahat və təhlükəsiz manevr etməsi məqsədilə kəsişmədə dairə təşkil edilib.

Həmçinin oxu: Bakıda bu marşrutda gediş haqqı artırıldı

Məlumat üçün bildirək ki, Günəşli qəsəbəsi, Əliağa Şıxlınski küçəsində, xüsusilə Gəncə prospektində yaşayan sakinlər tərəfindən qeyd edilən əraziyə müntəzəm marşrutun təşkil edilməsi ilə bağlı Bakı Nəqliyyat Agentliyinin 141 Çağrı Mərkəzinə çoxsaylı vətəndaş müraciətləri daxil olmaqda idi. Dəyişiklik 07.12.2019-cu il tarixdən tətbiq ediləcək.

Sərnişinlərə şad xəbər: Bakıda bu marşrut xətti uzadıldı - FOTO, fotoşəkil-1

BakuCity.az

Bakı avtobus qrafik
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər