BNA-dan avtobus sürücüsünün sərnişini döyməsinə münasibət: "Vəziyyət ürəkaçan deyil"

BNA-dan avtobus sürücüsünün sərnişini döyməsinə münasibət: "Vəziyyət ürəkaçan deyil"

Sərnişin xəstəxanaya yerləşdirilib

Bakıda 166 nömrəli marşrut xətti üzrə sərnişindaşımanın vəziyyəti ürəkaçan deyil.

Bu barədə BakuCity.az-a Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev 166 nömrəli xətt üzrə hərəkət edən avtobusun sürücüsünün sərnişini döyməsi məsələsinə münasibət bildirərkən deyib.

O qeyd edib ki, məsələ ilə bağlı təmsil etdiyi qurum tərəfindən araşdırma aparılır:

“Marşrut xətti üzrə daşıyıcı “Menloqq” MMC-nin direktoru Hikmət Bağırov Agentliyə çağırılıb. Hadisə ilə bağlı izahat tələb olunub. Ümumilikdə bildirim ki, bu kimi hadisələrin olması yolverilməzdir. Təbii ki, hadisənin əsl səbəbi müvafiq qurumların araşdırmasından sonra məlum olacaq.

Həmçinin oxu: Bakıda avtobus sürücüsü sərnişinə bıçaq çıxartdı: "Səni deşik-deşik edərəm" - VİDEO

Eyni zamanda bildirim ki, bu xətt üzrə sərnişindaşımanın vəziyyəti ürək açan deyil. Vətəndaşlar tərəfindən çoxsaylı şikayətlər daxil olur. Daşıyıcıya da xəbərdarlıq edilib ki, təsirli tədbirlər görməzsə, onunla bağlanan müqaviləyə xitam veriləcək".

Qeyd edək ki, 1994-cü il təvəllüdlü Zeyniyev Elton Oktay oğlu 166 nömrəli sərnişin avtobusunun sürücüsü tərəfindən döyülüb. Yaralı yaxınlarının köməyi ilə xəstəxanaya çatdırılıb. Ona burun sınığı diaqnozu qoyulub.

Ramilə Qardaşxanqızı 

BakuCity.az

Bakı avtobus sürücü sərnişin döyülmə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər