Avtobus işlətmək istəyənlərin nəzərinə: Bu xətlər müsabiqəyə çıxarıldı

Avtobus işlətmək istəyənlərin nəzərinə: Bu xətlər müsabiqəyə çıxarıldı

Məqsəd xidmət keyfiyyətinin artırılmasıdır

Bakı Nəqliyyat Agentliyi tərəfindən 11, 30, 40, 71, və 199 nömrəli müntəzəm marşrut xətləri müsabiqəyə çıxarılıb.

Agentlikdən BakuCity.az-a verilən məlumata görə, daxil olan vətəndaş müraciətləri əsasında sadalanan müntəzəm marşrut xətləri üzrə təhlillər aparılıb və bir sıra çatışmazlıqların olduğu müəyyən edilib. Bunu nəzərə alaraq, qeyd edilən xətlərin müsabiqəyə çıxarılması qərara alınıb. Məqsəd bu xətlər üzrə sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılmasıdır.

Həmçinin oxu: BNA-dan avtobus sürücüsünün sərnişini döyməsinə münasibət: "Vəziyyət ürəkaçan deyil"

Müsabiqənin şərtləri və qaydaları barədə ictimaiyyətə əlavə məlumatlar veriləcək.

Qurumun mətbuat katibi Mais Ağayev bildirib ki, bu iş davamlı olacaq, bütün narahatlıq doğuran xətlər müsabiqəyə çıxarılmaqla dəyişdiriləcək.

BakuCity.az

Bakı avtobus müsabiqə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər