Bakıda unikal əməliyyat: təkböyrəkli kişiyə süni sidik kisəsi qoyuldu

Bakıda unikal əməliyyat: təkböyrəkli kişiyə süni sidik kisəsi qoyuldu

40 yaşlı təkböyrəkli kişiyə süni sidik kisəsi qoyulub

Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) “Böyrək xəstəlikləri və transplantologiya” şöbəsinə müraciət edən 40 yaşlı kişidə müayinələr nəticəsində nadir rast gəlinən patologiya – interstisial sistit aşkarlanıb. Həyata keçirilən əməliyyat ilə pasiyentdə süni sidik kisəsi yaradılıb.

BakuCity.az xəbər verir ki, bununla bağlı Səhiyyə Nazirliyi Mətbuat Xidməti məlumat yayıb. 

Məlumata görə, interstisial sistit xəstəliyi ilə müraciət edən hər bir xəstədə sidik kisəsini tamamilə çıxarılmır. Yalnız bu xəstəliyin terminal mərhələsində, yəni sidik kisəsi həcmini və funksiyalarını tam itirdikdə çıxarılır.

Pasiyent kişilərdə çox nadir rast gəlinən, səbəbi bilinməyən, ağır interstisial sistit xəstəliyindən əziyyət çəkib. Nəticədə onun sol böyrəyi tamamilə fəaliyyətini dayandırıb. Xəstə tək böyrəklə və böyrəklərin yükünü azaltmaq məqsədilə qoyulan nefrostoma ilə yaşamağa məhkum olub. Əməliyyata qərar verilib və xəstədə nazik bağırsaqdan süni sidik kisəsi formalaşdırılıb. Uğurla başa çatan əməliyyatdan 10 gün sonra xəstə evə yazılıb.

BakuCity.az

Bakı əməliyyat
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər