Nazirlər Kabineti bayramlarda qeyri-iş günləri ilə bağlı qərarını izah etdi

Nazirlər Kabineti bayramlarda qeyri-iş günləri ilə bağlı qərarını izah etdi

Məqsəd vətəndaşlara erkən rezervasiya imkanı yaratmaqdır

Nazirlər Kabineti Yeni il tətili ilə bağlı qərarına aydınlıq gətirib.

BakuCity.az-ın məlumatına görə, qərarda deyilir ki, iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə 2019-cu ilin 28 və 29 dekabr istirahət günləri ilə 2020-ci ilin 3 və 6 yanvar iş günlərinin yerləri dəyişdirilsin.

Bu qərara əsasən, vətəndaşlar dekabrın 31-i, 2020-ci il yanvarın 1, 2, 3, 4, 5 və 6-da istirahət etmək imkanı qazanacaqlar. Dekabrın 28 və 29-u isə iş günləri olacaq. Bu Qərar bayram günləri ilə həftəsonu istirahət günlərini birləşdirərək bayram günlərinin fasiləsizliyini təmin edir ki, bu da vətəndaşların istirahət və bayramlarını daha səmərəli təşkil etməsinə imkan yaradır.

İstirahət günlərinin yerinin dəyişdirilməsi haqqında Qərarın bir ay əvvəldən elan edilməsi isə bayram günlərini səyahətdə keçirmək istəyən vətəndaşlara erkən rezervasiya imkanı yaradır.

Qeyd olunur ki, sərəncam isə martın 20, 21, 22, 23, 24-nü Novruz bayramı münasibətilə 5 gün qeyri-iş günü müəyyənləşdirib. Bu sərəncamın da əvvəldən elan edilməsi vətəndaşların bayram günlərini səmərəli planlaşdırmasına xidmət edir. Sərəncamla mayın 24, 25-i Ramazan bayramı, iyulun 31-i, avqustun 1-i Qurban bayramı günləri müəyyən edilib.

BakuCity.az

nazirlər Kabineti bayram qeyri-iş günləri
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər