Bakıda 15 yaşlı qız anasının telefonlarını və pulunu götürüb evdən qaçdı

Bakıda 15 yaşlı qız anasının telefonlarını və pulunu götürüb evdən qaçdı

Polis axtarışa başlayıb

Bakıda yeniyetmə qız anasının telefonlarını və pulunu götürərək evdən qaçıb.

BakuCity.az APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb.

Rayon sakini Aygün Cabbarlı Sabunçu Polis İdarəsinin 12-ci Polis bölməsinə müraciət edərək qızı, 2004-cü il təvəllüdlü Günay Cabbarlının ona məxsus iki ədəd "Samsung" markalı telefonu və 800 manat pulunu götürərək evdən çıxdığını və geri qayıtmadığını bildirib.

Faktla bağlı araşdırmalara başlanıb.

BakuCity.az

Bakı qız evdən qaçma
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər