Bakı milyonçusunun İstanbuldakı villası satışa çıxarıldı - FOTO

Bakı milyonçusunun İstanbuldakı villası satışa çıxarıldı - FOTO

17 milyon lirəyə satılır

Bakı milyonçusu, messenat Hacı Zeynalabdin Tağıyevin İstanbulda, Böyükadadakı villası satışa çıxarılıb.

BakuCity.az-ın məlumatına görə, dənizə mənzərəsi olan 3 əsrlik qədim binanın sahibi olmaq istəyənlər çoxdur.

Malikanə 17 milyon lirəyə (5 023 500 AZN) satılır.

Bina Osmanlı dövründə tikilib, sonra azərbaycanlı iş adamı Hacı Zeynalabdin Tağıyev tərəfindən alınıb.

Məlumata əsasən, villanı mesenatın nəticələri istifadə edirlər.

2400 kvadratmetr ərazisi olan malikanə 5 otaq və 2 salondan ibarətdir.

Bakı milyonçusunun İstanbuldakı villası satışa çıxarıldı - FOTO, fotoşəkil-1

BakuCity.az

Hacı Zeynalabdin Tağıyev İstanbul villa
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər