Biri də Sumqayıtda açılacaq
Gələn il Bakıda 2, regionlarda isə 1 “ASAN xidmət” mərkəzinin açılacağı gözlənilir.
BakuCity.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov deyib.
C.Salmanov qeyd edib ki, paytaxtda "ASAN xidmət" mərkəzlərindən biri Nərimanov rayonunda, digəri isə Xətai rayonunda (Ukrayna dairəsi yaxınlığında) olacaq.
O, Sumqayıtda ikinci "ASAN xidmət"in tikintisinə gələn il başlanılacağını bildirib:
“Sumqayıtda da yeni "ASAN xidmət"in açılması və vətəndaşlara daha operativ xidmət göstərilməsinə ehtiyac var. Yəqin ki, tikintiyə gələn il başlanılacaq və mərkəz 2021-ci ildə istifadəyə veriləcək”.
BakuCity.az