Xəzərdə dalğaların hündürlüyü 5 metri keçib

Xəzərdə dalğaların hündürlüyü 5 metri keçib

Külək 25 m/s-dək güclənib

Dekabrın 5-i Bakıda hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə yağış yağıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, düşən yağıntının miqdarı Bakıda 2 mm, o cümlədən Maştağa və Zabratda 1 mm təşkil edib.

Şimal-qərb küləyi 17-22 m/s, bəzi yerlərdə arabir 25 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən, dalğaların hündürlüyü 5,2 m olub.

Qeyri-sabit, yağıntılı hava şəraiti dekabrın 6-dək davam edəcək.

BakuCity.az

Xəzər dalğa hava
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər