"BDU-nun bufetində çayı qəndsiz verirlər ki, şirniyyat alaq" - İDDİA

"BDU-nun bufetində çayı qəndsiz verirlər ki, şirniyyat alaq" - İDDİA

"Bəlkə birinin şirniyyat almağa imkanı yoxdur?"

Bakı Dövlət Universitetinin (BDU) bufetində müştərilərə çayın qəndsiz verildiyi iddia olunur.

BakuCity.az xəbər verilir ki, sosial şəbəkədə yayılan iddiaya görə, məqsəd tələbələri çay içərkən şirniyyat almağa, bir növ, məcbur etməkdir.

İddia olunur ki, bu tapşırığı bufeti işlədən müəssisənin rəhbərliyi verib:

“Dərs ilinin əvvəlində qəndlər var idi, kim çay alırdısa, elə oradan götürə bilirdi. Bir müddət sonra bu qəndlər yığışdırıldı. Qənd istəyəndə cavab olaraq dedilər ki, icazə yoxdur. Səbəbini soruşduqda rəhbərliyin belə tapşırdığını bildirdilər. Sonra bir işçi ağzından qaçırdı ki, tələbələr çayı ancaq qəndlə içib bufetdə otururlar. Məgər 5 dəfə çay içəndə, hər dəfə yanında şirniyyat almalıyıq? Bəlkə birinin şirniyyat almağa imkanı yoxdur, buna görə də yalnız qənddən istifadə edir? Halbuki əvvəllər hər stolda duz və qənd olurdu”.

Məsələ ilə bağlı BDU-nun mətbuat katibi Pərvanə İbrahimova ilə əlaqə saxladıq. P.İbrahimova deyilənlərin həqiqətə uyğun olmadığını bildirdi.

Ramilə Qardaşxanqızı

BakuCity.az

BDU bufet iddia
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər