Bakıda yol qəzasında ölən şəxsin yaxınları axtarılır - FOTO

Bakıda yol qəzasında ölən şəxsin yaxınları axtarılır - FOTO

Tanıyanlardan 102-yə zəng vurmalar xahiş olunur

Bakıda yol qəzasında ölən şəxsin yaxınları axtarılır.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən BakuCity.az-a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə istintaqı aparılan cinayət işi üzrə naməlum kişi meyitinin şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.

Kimliyi istintaqa məlum olmayan, şəkildə gördüyünüz bu şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzinə, həmçinin Yasamal Rayon Polis İdarəsinə (tel: (012) 434-02-02) zəng vuraraq məlumat vermələri xahiş olunur.

Bakıda yol qəzasında ölən şəxsin yaxınları axtarılır - FOTO, fotoşəkil-1 Bakıda yol qəzasında ölən şəxsin yaxınları axtarılır - FOTO, fotoşəkil-2 Bakıda yol qəzasında ölən şəxsin yaxınları axtarılır - FOTO, fotoşəkil-3 Bakıda yol qəzasında ölən şəxsin yaxınları axtarılır - FOTO, fotoşəkil-4 Bakıda yol qəzasında ölən şəxsin yaxınları axtarılır - FOTO, fotoşəkil-5

BakuCity.az

Bakı yol qəzası
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər