Arxadan gələn maşına yol vermədi: ana və uşağı yaralandı - VİDEO

Arxadan gələn maşına yol vermədi: ana və uşağı yaralandı - VİDEO

Yaralılar xəstəxanaya yerləşdirilib

Yasamal rayonunda iki avtomobilin toqquşması ilə nəticələnən qəza baş verib.  

BakuCity.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Şərifzadə küçəsində, metronun “İnşaatçılar” stansiyasının yaxınlığında baş verib.  

Belə ki, “Qazel” markalı yük maşını geriyə dönmə əməliyyatı etmək istəyib. Bu zaman yük maşını arxadan gələn “Honda” markalı avtomobili gözləmədiyindən ona çırpılıb.

Həmçinin oxu: Bakıda "Nissan" mağazaya girdi - VİDEO

Qəza nəticəsində “Honda”da olan azyaşlı və onun anası, 1989-cu il təvəllüdlü Aysel Məmmədova xəsarət alaraq xəstəxanaya yerləşdirilib.  

A.Məmmədovaya sağ qolun əzilmiş yarası diaqnozu qoyulub.  

Əraziyə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.  

Hadisənin təfərrüatı araşdırılır.

Arxadan gələn maşına yol vermədi: ana və uşağı yaralandı - VİDEO, fotoşəkil-1 Arxadan gələn maşına yol vermədi: ana və uşağı yaralandı - VİDEO, fotoşəkil-2

BakuCity.az

Bakı yol qəzası yaralılar
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər