Bakıda daha bir marşrut xəttinin hərəkəti dəyişdirildi

Bakıda daha bir marşrut xəttinin hərəkəti dəyişdirildi

Marşrut "592A" adı ilə sərnişinlərə xidmət edəcək

592 saylı marşrut xəttinin hərəkət istiqaməti dəyişdirilib.

Bu barədə BakuCity.az-a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən məlumat verilib.

Bildirilib ki, Əliçıraq yaşayış massivinin sakinlərinin çoxsaylı xahişlərini və Bakı Beynəlxalq Avtovağzal Kompleksinə gələn sərnişinlərin sıxlığını nəzərə alaraq, Dövlət Xidməti 592 saylı marşrut xəttinin hərəkət trayektoriyasını dəyişdirərək yeni istiqamət müəyyən edilməsi ilə bağlı sərəncam verib.

Həmçinin oxu: Avtobus işlətmək istəyənlərin nəzərinə: Bu xətlər müsabiqəyə çıxarıldı

Sərəncama uyğun olaraq 592 saylı marşrut xətti başlanğıcını Əliçıraq yaşayış massivindən götürərək Mehdiabad bazarı, 5 nömrəli orta ümumtəhsil məktəbi, Abşeron Gənclər Şəhərciyi, Binəqədi Mərkəz, Xırdalan dairəsi olmaqla son dayanacağını Bakı Beynəlxalq Avtovağzal Kompleksində yekunlaşdıracaq.

Sərəncamın icrasına bu gündən başlanılacaq və artıq 592 saylı xəttin yeni istiqamətdə hərəkət edən marşrutu "592A" adı ilə sərnişinlərə xidmət edəcək. 

BakuCity.az

Bakı avtobus marşrut xətti
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər