Prezident İlham Əliyevdən Bakıda "ASAN xidmət"lə bağlı GÖSTƏRİŞ

Prezident İlham Əliyevdən Bakıda "ASAN xidmət"lə bağlı GÖSTƏRİŞ

"Ona görə də göstəriş vermişəm ki..."

Prezident İlham Əliyev Bakıda 2 “ASAN xidmət” mərkəzinin açılması barədə göstəriş verib.

BakuCity.az-ın AZƏRTAC-a istinadən verdiyi məlumata görə, bu barədə dövlət başçısı Şamaxıda “ASAN Həyat” kompleksinin açılışında deyib.

İlham Əliyev bildirib ki, Bakıda 5 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərsə də, artıq növbələr yaranır:

“Ona görə də göstəriş vermişəm ki, Bakıda əlavə 2 mərkəz açılsın. Eyni zamanda, Sumqayıt və Gəncə şəhərlərində ikinci mərkəzlər açılacaq. Artıq çoxdandır səyyar xidmət də göstərilir, 10-dan çox avtobus daim ölkəmizi dolaşır, “ASAN qatar” da fəaliyyət göstərir.

Demək olar ki, ölkəmizin hər bir yeri belə gözəl xidmətlə əhatə olunub. Xidmətlərin sayı artır, artıq 320-dən çox xidmət göstərilir. ABAD Mərkəzlərinin fəaliyyətini nəzərə alsaq, artıq bu rəqəm 350-yə çatır”.

BakuCity.az

Bakı İlham Əliyev ASAN xidmət
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər