Bakıda klassik vokalçıların festivalı keçiriləcək

Bakıda klassik vokalçıların festivalı keçiriləcək

Bakıda klassik vokalçıların festivalı keçiriləcək

Klassik vokalçıların ümumrespublika festivalı 17-24 dekabr 2019-cu il tarixində Azərbaycanda ilk dəfə olaraq Azərbaycan Televiziyasının Mədəniyyət kanalının yeni layihəsi - klassik vokalçıların ümumrespublika festivalı keçiriləcək.

BakuCity.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən festivalın əsas məqsədi Azərbaycan klassik vokal musiqisinin inkişafı və təbliği, gənc nəsildə yüksək musiqi zövqünün formalaşdırılmasıdır.

Festival çərçivəsində Azərbaycan və dünya klassik musiqi incilərinin nümunələri ölkəmizin öncül musiqi kollektivlərinin müşayiəti ilə müxtəlif şəhər və regionların mədəniyyət ocaqlarında tanınmış Azərbaycan vokalçıları, eləcə də istedadlı gənclərin ifasında təqdim olunacaq.

7 gün davam edəcək festival Bakıda, Gəncədə və Naxçıvanda gerçəkləşəcək. 

Festivalın Təntənəli bağlanış mərasimi 24 dekabr 2019-cu il tarixində Heydər Əliyev Mərkəzində keçiriləcək.

Bakıda klassik vokalçıların festivalı keçiriləcək, fotoşəkil-1

BakuCity.az

bakı festival vokal
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər