Bakıda sürücüsüz mikroavtobus: Dəmir yolunda da hərəkət edə bilir - VİDEO

Bakıda sürücüsüz mikroavtobus: Dəmir yolunda da hərəkət edə bilir - VİDEO

Yaxın vaxtlarda bazara çıxarılacaq

Bakıda keçirilən "Bakutel 2019" Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgisində sürücüsüz nəqliyyat vasitəsi nümayiş etdirilir.

BakuCity.az Xezerxeber.az-a istinadən məlumat verir ki, mikroavtobus həm sürücü ilə, həm də sürücüsüz idarə oluna bilər.

Yerli istehsal olan bu universal nəqliyyat vasitəsi "VİP taksi" adlandırılır.

Mikroavtobus təchiz edildiyi müasir radar və digər sistemlər sayəsində avtopilot rejimində sürücüsüz hərəkət edə bilir.

Nəqliyyat vasitəsinin daha bir üstünlüyü isə dəmir yolunda da hərəkət edə bilməsidir.

"VİP taksi"nin sınaqları uğurlu olub və yaxın vaxtlarda bazara çıxarılacağı gözlənilir.

BakuCity.az

Bakı mikroavtobus sərgi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər