BDU-nun tələbəsi siçan zəhərindən ölüb? - MÜƏMMALAR

"Suallarımız çoxdur, cavab verən isə yoxdur”

Noyabrın 21-də Bakı Dövlət Universitetinin yataqxanasında 3 tələbə qızın zəhərlənməsi, onlardan birinin dünyasını dəyişməsi hələ də müəmma olaraq qalıb.

BakuCity.az "Yeni Müsavat"a istinadən məlumat verir ki, iki gün əvvəl Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzovun məsələ ilə bağlı açıqlaması bu müəmmaları daha da artırıb.

Belə ki, Q.Təhməzov bildirib ki, Bakı Dövlət Universitetinin yataqxanasında zəhərlənən tələbənin ölümünə səbəb qida mənşəli zəhərlənmə deyil, bu, toksiki zəhərlənmədir. Onun sözlərinə görə, Bakı Dövlət Universitetinin tələbələrinin zəhərlənməsi faktı üzrə cinayət işi gedir:

“Məsələ hüquq-mühafizə orqanlarına aiddir. Bu barədə sonda hüquq-mühafizə orqanları AQTA ilə birlikdə açıqlama verəcək. KİV-də zəhərlənmə ilə bağlı çox tələsik məlumat yayılmışdı. Bir qisim insanlar bunu qida zəhərlənməsi kimi qələmə vermişdi”.

Yada salaq ki, universitetin 2 saylı yataqxanasında zəhərlənmə nəticəsində BDU-nun fizika fakültəsinin tələbəsi, 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızı vəfat edib, ekologiya və torpaqşünaslıq fakültəsinin tələbəsi, 1998-ci il təvəllüdlü İbadova Həmidə Bünyamiddin qızı və kitabxanaçılıq və informasiya fakültəsinin dördüncü kurs tələbəsi, 1998-ci il təvəllüdlü Quliyeva Dilrubə Qismət qızının isə müalicəsi 1 saylı Kliniki Tibbi Mərkəzdə davam etdirilib.

Həmçinin oxu: Zəhərlənən BDU tələbəsinin xəstəxanadan görüntüsü yayıldı - VİDEO

Hadisədən sonra qızlardan birinin ağzından qan gəldiyi xəbəri yayılmışdı. O zaman professor Adil Qeybulla bunun toksiki zəhərlənmənin əlaməti olduğunu demişdi.

Bəs toksiki zəhərlənmə nədir?

Toksik zəhərlənmə məlum olmayan hansısa maddədən, hansısa zəhərdən zəhərlənmə deməkdir. Yəni bədənə zəhərin daxil olması nəticəsində bu cür zəhərlənmə halları baş verir. Ekspertlər bildirirlər ki, bu, ilan zəhəri, siçan zəhəri, hansısa dərman və sairə ola bilər. Ona görə də ekspertiza nəticəsində tələbə qızların konkret olaraq hansı maddədən zəhərlənmələri ortaya çıxarılmalıdır.

Ötən günlərdə mətbuatda tələbələrin zəhərlənməsinə səbəb kimi siçan zəhərinin də adı çəkildi. Məlum olduğu kimi, BDU-nun yataqxanası köhnədir və orada cəmi 130 tələbə yaşayır. Həmin binada məcburi köçkünlər də məskunlaşıblar. Universitetin yeni yataqxanası tikilsə də, istifadəyə verilməyib. Köhnə yataqxanada yaşayanların sözlərinə görə, orada xeyli sayda siçovul olur. Buna görə də hər tərəfə dərman səpirlər. Ehtimallardan biri budur ki, siçovullar həmin zəhərləri yayır və qidaların üzərində gəzərək, insanlara da keçirə bilirlər. Buna görə də gənc qızın zəhərləndikdən sonrakı vəziyyəti, ağzından qan gəlməsi belə bir versiyanı da ortaya çıxarır ki, o, siçovullar üçün səpilən zəhərdən zəhərlənə bilər.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314-cü (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Dünyasını dəyişən Şəkər Xasmətovanın yaxın qohumu Samir İsayev “Yeni Müsavat”a məsələ ilə bağlı son proseslər barədə danışıb. O bildirib ki, ailələri ekspertizanın cavabını gözləyir:

“Bu gün işi aparan müstəntiqlə danışdım. Dedi ki, istintaq gedir, ekspertizanın cavabını gözləyirlər. Biz də elə həmin cavabı gözləyirik. Ekspertizanın cavabının 30 günə məlum olacağını deyiblər. Həmin tarix də bu ayın 20-nə düşür. Bizə bildiriblər ki, Baş Prokurorluq məsələni nəzarətə götürüb, orada istintaq qrupu yaradılıb və onlar da işi araşdırırlar. Yataqxanada antisanitariya vəziyyəti hökm sürür. Yataqxananın mətbəxi, hamamı, elə yaşamaq üçün otaqları da yaxşı halda deyil. Yəni elə vəziyyətdədir ki, oranı təmir etmək olmaz. Gərək söküb, yenidən tikəsən. Orada siçanlar da istədiyin qədərdir. İldə iki dəfə buna görə yataqxananı dərmanlayırlar. Yəqin ki, mətbuatda bu dərmanları nəzərdə tuturlar. Zəhərlənən digər qızlarla bizim söhbətimiz olmayıb. Onlarla müstəntiq danışıb. Qızlar müstəntiqə deyiblər ki, qatıq, makaron, kartof yeyiblər. Bu qidalardan da zəhərlənmə olmur. Ona görə də ilk gündən də biz bunun qida zəhərlənməsi olmadığını demişik. Toksikoloqlarla danışan zaman da bizə dedilər ki, qida zəhərlənməsində ağızdan qan gələ bilməz. Deyə bilmərik ki, bu, dərman zəhərlənməsidir. Doğrudur, həkimlər gəlib, iynə vurublar. Ancaq vurduqları iynə də zəhərləmir. Ondan əvvəl dərman içiblərmi? Bunu da bilmirik. Deyilənə görə, qızlardan biri daha da pis olub və buna görə təcili tibbi yardıma müraciət ediblər. Həmin həkimlər qızlara zəhərlənmə diaqnozunu qoyublar. Bəs niyə sakitləşdirici iynə vurublar? Bunu başa düşmürük. Suallarımız çoxdur, cavab verən isə yoxdur”.

İctimaiyyətdə qızların arıqlamaq üçün çay, dərmanlardan istifadə etdiklərini deyənlər də var. Samir İsayev bütün bunların yalan olduğunu söylədi: “Kanalların birində efirə gedən materialda bu kimi fikirlər vermişdilər. Lakin bu, yalan məlumatdır. Hər yoldan keçəndən bir fikir alırlar, o da ağzına gələni danışır. Yaxud da sosial şəbəkədə ”like" yığmaq üçün nə gəldi yazırlar. Başa düşmürlər ki, qohumları narahatdır. Biz ekspertizanın cavablarını gözləyirik. Bu zamana qədər bizimlə hansısa rəsmi şəxs maraqlanmayıb. Sadəcə olaraq, Qoşqar Təhməzlinin məlum açıqlaması var. Dəfn günü və səhəri deputatlar gəlmişdilər. Bir də 3 mərasimində rayonun icra nümayəndələri yas yerinə gəlib, bizimlə görüşdülər. Bundan qeyri kimsə bizimlə maraqlanmayıb. Hazırda da bir istəyimiz var, o da ekspertizanın cavablarının doğru-düzgün açıqlanmasıdır. Biz bilək ki, yaxınımızın başına nə gəlib. Öyrənək ki, o, hansı səbəbdən dünyasını dəyişib".

BakuCity.az

Bakı Dövlət Universiteti tələbələr zəhərlənmə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Hələ heç kəs qiymətləndirməyib
723 baxış yanvarda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Digəri sınaq müddətindədir Ötən ay Bakıya gətirilən yeni elektrik qatarlardan biri artıq istifadəyə verilib. BakuCity.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bu barədə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən bildiriblər. Qeyd olunub ki, istismara verilən qatar hazırda Bakı-Pirşağı marşrutu üzrə hərəkətdədir: "Elektrik qatarlarından biri artıq istismara verilib və hazırda Bakı-Pirşağı marşrutu üzrə hərəkətdədir. Digəri isə hələlik sın...
Cəmiyyət
Azərbaycan Beynəlxalq Bankı ölkədə daha bir yeniliyə imza atıb Azərbaycan Beynəlxalq Bankının ölkədə ilk dəfə "IBA Bot" robotu fəaliyyətə başlayıb. BakuCity.az "APA-Economics"ə istinadən məlumat verir ki, Azərbaycan Beynəlxalq Bankının Bakı şəhəri Nizami küçəsi, 67 ünvanındakı Müştəri Xidməti Departamentinə müraciət edən müştəriləri bundan sonra "IBA Bot" qarşılayacaq. Robot müştərilərinin suallarını cavablandıracaq. Bank xidmət və məhsullarından istifadə...
Hadisələr
Hüquq-mühafizə orqanlarına şikayət edilib Bakıda mağazadan oğurluq edən şəxslər təhlükəsizlik kamerasına düşüb. BakuCity.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb. Həzi Aslanov qəsəbəsində yerləşən İlham Həsənova məxsus ərzaq mağazasından iki nəfər oğurluq edib. Mağazanın sahibi bildirib ki, biri satıcının başını qatıb, digəri isə arağı götürərək paltosunun yaxasında gizlədib. İ.Həsənovun sözlərinə görə, həmin şəxslər əvvəll...
Cəmiyyət
“SmartAvia” ilə Bakıdan Sankt-Peterburqa ✈️ Rusiyanın “SmartAvia” aviaşirkəti Sankt-Peterburq – Bakı reyslərini həyata keçirəcək. Bu barədə BakuCity.az-a Heydər Əliyev Beynəlxalq Hava Limanından bildiriblər. Uçuşlar aprelin 2-dən etibarən "Boeing 737" təyyarələrində həftənin çərşənbə axşamı, cümə axşamı və şənbə günləri yerinə yetiriləcək. Qeyd edək ki, "Smartavia" şirkətinin internet səhifəsindən artıq indidən Bakıdan Sankt-Peterburqa bilet almaq mümkündü...
Cəmiyyət
Yeni yolun uzunluğu 1.2 km təşkil edir Bakı şəhərində nəqliyyat axınına müsbət təsir edəcək, yollarda olan sıxlığı aradan qaldıracaq və vətəndaşların rahat gediş-gəlişini təmin edəcək yeni avtomobil yolları layihələrinin işlənib hazırlanması və yerinə yetirilməsi ilə bağlı dövlət başçısının tapşırıq və sərəncamlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər görülür. Agentlikdən BakuCity.az-a verilən məlumata görə,...
Mədəniyyət
Yarışmaya 2000 iştirakçı qoşulub Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyasının təşkilatçılığı və ilə 12 və 19 Yanvar tarixində Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı teatrında “Ümid Beynəlxalq İncəsənət Müsabiqəsi” keçirilib. BakuCity.az xəbər verir ki, iki gün keçirilən yarışmada incəsənət növlərində çıxış edən iştirakçıların sayı bu il, ötən ildən daha çox olub. İncəsənət və rəqs növləri üzrə təşkil olunan müsabiqəyə Azərbaycanın...
Cəmiyyət
"Heç kim məni "kupçalı" evimdən çıxara bilməz!" Bakımız gün-gündən gözəlləşir, inkişaf edir. Yeni binalar tikilir, parklar salınır, məhəllələr təmir olunur. Bir sıra yerlərdə köhnə, qəzalı, şəraitsiz evlər köçürülür, dar və yöndəmsiz küçələr geniş prospektlərlə əvəzlənir. Bir sözlə, paytaxt abadlaşır, yeniləşir. Artıq xeyli vaxtdır ki, keçmiş “Sovetski” adlanan ərazidə köçürmə işləri aparılır. 19-cu əsrin sonlarında tikilən, qəzalı vəziyyətə düşmüş köhnə e...
Cəmiyyət
Görülmüş işlərdən, yol verilmiş nöqsanlardan danışılıb Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə Baş Dövlət Yol Polisi İdarəsində 2019-cu ildə yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində görülən işlər və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib. Nazirliyin mətbuat xidmətindən BakuCity.az-a verilən məlumata görə, görülmüş işlər və qarşıda duran vəzifələr barədə məruzə ilə çıxış edən B...
Cəmiyyət
"Bu gün həyatımı bu işsiz təsəvvür edə bilmirəm!" BakuCity.az "Öz hekayəni danış" layihəsi çərçivəsində istedadlı rəssam, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Sənətşünaslıq fakültəsinin magistri Mehriban Şəmsəddinskaya ilə söhbət edib. Mehriban Psixi Sağlamlıq Mərkəzinin (PSM) art-terapiya layihəsinə necə qoşulması və bu layihənin onun həyatına necə təsir etməsindən danışıb. - Psixi Sağlamlıq Mərkəzində işə necə başladınız? - Bu, 8 il əvvəl baş verib...