Əksəriyyətində yer yoxdur
Paytaxt Bakıda Yeni il bayramı ərəfəsi artıq bir çox 5 ulduzlu hotellərdə 1 otaqda günlük gecələmə əksəriyyətində öncədən rezerv edilib, yəni yer yoxdur. Bu hotellər, əsasən, ucuz qiymət təklif edənlər olub.
BakuCity.az xəbər verir ki, Banker.az Booking.com-dan Bakı şəhərində yerləşən bir otaqlı və iki çarpayıdan ibarət olan və 5 ulduzlu lüks hotellərin siyahısını araşdırıb.
Siyahıda ilk pillədə “Four Season” şəbəkəsinin Bakıdakı hotelidir. Burada 1-2 yanvarda bir otaqlı qoşa çarpayı 584 manatdır. İkinci ən baha hotel Bakı bulvarındakı “Dinamo”dur – 484 manat.
TOP 10 ən baha qiymətə gecələmə təklif edən hotellər:
Bakıda bayram günündə 5 ən baha qiymətə otaq satan hotellər | ||
№ | Hotelin adı | 24 saat/₼ |
1 | Four Seasons Hotel Baku | 584 |
2 | Dinamo Hotel Baku | 484 |
3 | Port Baku | 340 |
4 | Hilton | 338 |
5 | Fairmont Mont Baku | 305 |
6 | JW Marriot Absheron Baku Hotel | 268 |
7 | Hyyat Regency | 256 |
8 | Boulevard Hotel Baku Autograph Collect | 223 |
9 | Intourist Hotel Baku | 176 |
10 | Holiday Inn | 170 |
BakuCity.az