Bakıda yolun əksinə çıxan avtobus sürücüləri cəzalandırıldı - VİDEO

Bakıda yolun əksinə çıxan avtobus sürücüləri cəzalandırıldı - VİDEO

Hər iki sürücü aşkarlanıb

Babək prospektində yol hərəkəti qaydalarını kobud şəkildə pozan 30 və 49 saylı marşrut xətləri üzrə sərnişindaşıma fəaliyyəti göstərən avtobuslar cərimələnib.

BakuCity.az Avtosfer.az-a istinadən xəbər verir ki, hər iki xəttin avtobusları prospektdə yollarını qısaltmaq üçün xeyli məsafəni əks istiqamətə hərəkət ediblər. Onlar həm yüzlərlə sərnişinin, həm də öz yolu ilə gedən digər maşınlardakı insanların həyatını təhlükəyə atıblar.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən bildirib ki, hər iki sürücü aşkarlanıb və barələrində müvafiq qaydada tədbir görülüb.

Həmçinin oxu: BNA-dan avtobus sürücüsünün sərnişini döyməsinə münasibət: "Vəziyyət ürəkaçan deyil"

Belə ki, "Trans Control" şirkətinə məxsus 10 TG 370 və fiziki şəxs Vüsal Məsimovun adına olan 99 XJ 563 dövlət nömrə nişanlı avtobusları idarə edən sürücülər müvafiq olaraq İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinin tələblərini pozduqlarına görə barələrində 100 manat və 4 bal cərimə tətbiq edilib.

BakuCity.az

Bakı avtobus sürücülər
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər