Bakıdan Sumqayıta metrobus xətti çəkilə bilər

Bakıdan Sumqayıta metrobus xətti çəkilə bilər

Paytaxtda müəyyən təhlillər aparılır

Bakıdan Sumqayıta metrobus xətti çəkilə bilər.

BakuCity.az-ın Real TV-yə istinadən verdiyi məlumata görə, Bakıda metrobus, yaxud tramvay xəttinin yaradılması barədə danışan Bakı Nəqliyyat Agentliyinin Nəqliyyat infrastrukturunun təşkili şöbəsinin sektor müdiri Vüqar Məmmədzadə bildirib ki, bu, istisna olunmur.

Onun sözlərinə görə, Bakı Nəqliyyat Agentliyi elə qurumdur ki, bütün prosesləri təhlil edir:

“Ötən il Prezident İlham Əliyev 300 avtobusun ölkəyə gətirilməsi ilə bağlı sərəncam imzaladı. Artıq həmin 12 metrlik avtobuslardan 280 ədədi paytaxta gətirilib. Son 18 metrlik 20 ədəd avtobus da yaxın müddətdə paytaxta gətiriləcək.

Metrobusdan əvvvəl istəyirik ki, insanlar sərnişindaşımaya etibar etsinlər. İlk növbədə, insanların etibarını qazanmalıyıq. Təbii ki, İstanbulla Bakı şəhəri müqayisə oluna bilməz. İstanbul böyük şəhərdir. Bakı şəhərində müəyyən təhlillər aparırıq. Sərnişinlərin daha sıx getdiyi ərazilər araşdırılmalıdır. Misal üçün, Bakı-Sumqayıt ərazisini deyə bilərəm. Bakı şəhərində metrobusun olması istisna olunmur". 

BakuCity.az

Bakı Sumqayıt metrobus
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər