Mikayıl Cabbarovdan TRACECA-nın Bakıdakı iclasında erməni nazir müavininə sərt CAVAB

Mikayıl Cabbarovdan TRACECA-nın Bakıdakı iclasında erməni nazir müavininə sərt CAVAB

"Faşizm üzərində qələbənin 75 illiyi yaxınlaşır, siz kimə abidə qoymusunuz?"

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Ermənistanın ərazi idarəçiliyi və infrastruktur nazirinin müavini Armen Simonyanın bu gün Bakıda keçirilən Avropa-Qafqaz-Asiya dəhlizinin (TRACECA) inkişafı üzrə Əsas Çoxtərəfli Sazişin imzalanmasının 20 illiyinə həsr olunmuş beynəlxalq konfransda və TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin XIV iclasında "Fəxri xiyabana səfər nəyə görə proqrama salınmalıdır” sözlərinə cavab verib.

BakuCity.az-ın Report-a istinadən verdiyi məlumata görə, azərbaycanlı nazir erməni tərəfinin reaksiyasını başa düşdüyünü deyib:

"TRACECA-nın məzmunu aydındır. Həmkarlarım dəhlizlə bağlı geniş çıxış etdilər. Mən öz tərəfimdən mədəni hissəni təşkil etdiyinə görə qonşularımızın reaksiyasını da yaxşı anlayıram. Anlamaq və qəbul etmək onlar üçün asan deyil. Biz konstruktiv yanaşmadan istifadə etməliyik, destruktiv deyil. Nəticələr, ilk növbədə, qonşu ölkədə görülür. Onlar nəqliyyat sahəsində bir sıra beynəlxalq layihələrdən kənar qalıb.

Burada TRACECA-nın mövcudluğu sərgiləndi. Azərbaycan mədəni proqramı qəbul etdiyi zaman o insanların xatirəsinə hörmət edirik ki, bu regionda mühüm rol oynayıblar. Sizin paytaxtınızda isə.... faşizm üzərində qələbənin 75 illiyi yaxınlaşır, siz kimə abidə qoymusunuz? Mən sizi Heydər Əliyev Mərkəzinə dəvət edirəm ki, gəlin, yaşadığınız şəhərin, İrəvan xanlığının tarixi ilə bağlı məlumat əldə edin”. 

BakuCity.az

Bakı TRACECA Mikayıl Cabbarov
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər