Səsiniz olmasa belə, sevdiyiniz xarici və yerli mahnıları zümzümə edin
Bakıda təxminən 2000-ci illərdə peyda olmağa başlayan karaoke-klublar hazırda əksər paytaxt sakini, xüsusilə də gənclər üçün ən sevimli musiqili-əyləncəli məkandır.
Yapon dilindən tərcümədə “kara - boş, oke - orkestr” – yəni “boş orkestr” mənasını verən karaokedən insanlar bir növ öz streslərini atmaq, istedadlarını göstərmək, özlərini sanki səhnədə hiss etmək üçün istifadə edirlər. Bu səbəbdən də əyləncəli həftəsonu məsələsi gəldikdə, çoxlarının ağlına, ilk növbədə, karaoke-klublar gəlir.
BakuCity.Az karaokesevərlərin marağını nəzərə alaraq paytaxtda yerləşən bir sıra restoranların karaoke qiymətlərini öyrənib.
“Manhattan”
“Manhattan Lounge & Rooms”da gün ərzində depozit yatırmadan, sadəcə sifariş verdiyiniz menyu dəyərində ödəniş etməklə qonaq ola bilərsiniz. Məkan milli və Avropa mətbəxini təqdim edir.
Saat 18:00-dan sonra isə depozit mütləqdir.
Qiymət cədvəli:
Zona | 1 otaq | Xidmət | Qiymət |
1 | 35 nəfər | TV – PS3, PS4, karaoke | Depozit 200 ₼/ limitsiz |
2 | 15 nəfər | Proyektor – PS3, PS4, karaoke | Depozit 150 ₼/ limitsiz |
3 | 6 nəfər | TV – PS3, PS4, karaoke | Depozit 100 ₼/ limitsiz |
4, 6, 7, 8, | 5 nəfər | TV – PS3, PS4, karaoke | Depozit 50 ₼/ limitsiz |
5, 9, | 5 nəfər | TV – PS3, PS4, karaoke | Depozit 70 ₼/ limitsiz |
10 | 4 nəfər | TV – PS3, PS4, karaoke | Depozit70₼/ limitsiz |
Ünvan: Yusif Vəzir Çəmənzəminli küçəsi, 16
“Hollywood Diamond”
“Hollywood Diamond” restoranında həftənin bütün günləri və günün bütün saatları ən azı 55 manat depozit qoymaqla istirahət edə bilərsiniz. Məkan qarışıq mətbəxt növü ilə xidmət göstərir. Depozit odənişi şərtdir və günün hər saatına daxildir.
Qiymət cədvəli:
Zona | 1 otaq | Xidmət | Qiymət |
1 | 20 nəfər | Proyektor – PS3, PS4, karaoke | Depozit110₼/ limitsiz |
2, 3 | 5 nəfər | Proyektor – PS3, PS4, karaoke | Depozit 55₼/ limitsiz |
4 | 10 nəfər | Proyektor – PS3, PS4, karaoke | Depozit 55₼/ limitsiz |
5 | 12 nəfər | Proyektor – PS3, PS4, karaoke | Depozit55₼/ limitsiz |
11 | 4 nəfər | Proyektor – PS3, PS4, karaoke | Depozit55₼/ limitsiz |
Ünvan: Mixail Kaveroçkin küçəsi, 13
“Hollywood Deluxe”
Restoran 24 saat depozit qarşılığında xidmət göstərir. Burada ad gününü qeyd etmək istəyənlər üçün banket otağı pulsuz bəzədilir. Burada Avropa və Azərbaycan mətbəxindən istənilən təamı sifariş vermək mümkündür, həmçinin hər növ spirtli və spirtsiz, isti və soyuq içki növləri.
Qiymət cədvəli:
Zona | 1 otaq | Xidmət | Qiymət |
Bugatti | 30 nəfər | Proyektor– PS3, PS4, karaoke | Depozit110₼/ limitsiz |
Porsche | 15 nəfər | Proektor – PS3, PS4, karaoke | Depozit77₼/ limitsiz |
Lamborghini | 13 nəfər | Proektor – PS3, PS4, karaoke | Depozit77₼/ limitsiz |
Mercedes | 12 nəfər | Proektor – PS3, PS4, karaoke | Depozit77₼/ limitsiz |
Bentley, Maserati, Ferrari | 10 nəfər | Proyektor – PS3, PS4, karaoke | Depozit55₼/ limitsiz |
Audi, Rolls-Royce, Land Rover, Infiniti | 8 nəfər | Proyektor – PS3, PS4, karaoke | Depozit55₼/ limitsiz |
BMW | 6 nəfər | Proyektor – PS3, PS4, karaoke | Depozit55₼/ limitsiz |
Lexus | 3 nəfər | TV – PS3, PS4, karaoke | Depozit55₼/ limitsiz |
Ünvan: Badamdar şosesi, 77
“Hollywood Gold”
“Hollywood Gold”un ümumilikdə 8 kabineti var və onların hamısında karaoke mövcuddur. Yemək menyusuna gəlincə, burada da digər məkanlarda olduğu kimi, Avropa və milli mətbəxin bütün növ yemək və içkiləri təklif olunur.
Qiymət cədvəli:
Zona | 1 otaq | Xidmət | Qiymət |
1 | 15 nəfər | Proyektor – PS3, PS4, karaoke | Depozit55₼ / limitsiz |
2, 3, 4, 5, 6, 7, 8 | 5 nəfər | TV – PS3, PS4, karaoke | Depozit33₼ / limitsiz |
9 | 10 nəfər | Proyektor – PS3, PS4, karaoke | Depozit55₼ / limitsiz |
Ünvan: Nəcəf Nərimanov küçəsi, 11
“Billionaire”
Restoran hər gün “Lady Sisha” – xanımlara pulsuz qəlyan, hər şənbə günü “Sushi day” - suşi-set al, digərini pulsuz əldə et” aksiyası ilə müştərilərinin xidmətindədir. Məkan Azərbaycan və türk səhər yeməyi, şorbalar, salatlar, qəlyanaltılar, burgerlər və sendviçlər, pizza, suşi, xəmir yeməkləri, isti yeməklər və desertlər təklif edir.
Qiymət cədvəli:
Zona | 1 otaq | Masa | Xidmət | Qiymət |
Milyarder, Abstrakt, Perspektiv, Red Velvet, Qızılgül | 8 nəfər | TV – PS3, PS4, karaoke | Depozit55₼/ 3 saat | |
Səhra | 10 nəfər | TV – PS3, PS4, karaoke | Depozit55₼/ 3 saat | |
Qara zal | Masa sayı5 | TV – PS3, PS4, karaoke | Depozit55₼/ 3 saat | |
Yaşılzal | Masa sayı6 | TV – PS3, PS4, karaoke | Depozit 55₼/ 3 saat |
Ünvan: Süleyman Rüstəm küçəsi, 47
“Black”
Hər həftənin bazar ertəsi “Black Monday” - bütün menyuya 20%, cümə axşamı “Sushi day” - limitsiz suşi = 25 AZN və bütün həftəni 200 AZN hesaba 15% endirim aksiyaları mövcuddur.
Məkanda səhər saat 10:00-dan axşam 18:00-a kimi depozit yatırmadan, yalnız sifariş verdiyiniz menyu dəyərində ödəniş edə bilərsiniz. 18:00-dan səhər saat 06:00-a kimi isə depozit ödəməyiniz mütləqdir.Məkan milli və Avropa mətbəxi ilə xidmət göstərir.
Qiymət cədvəli:
Zona | 1 otaq | Masa | Xidmət | Qiymət |
1 | 12 nəfər | TV– PS3, PS4, karaoke | Depozit250₼/ limitsiz | |
2 | 6 nəfər | TV– PS3, PS4, karaoke | Depozit150₼/ limitsiz | |
3, 7 | 8 nəfər | TV– PS3, PS4, karaoke | Depozit150₼/ limitsiz | |
4 | 8 nəfər | TV– PS3, PS4, karaoke | Depozit200₼/ limitsiz | |
5, 6 | 8 nəfər | TV – PS3, PS4, karaoke | Depozit100₼/ limitsiz | |
Barzal | Masa sayı10 | TV – PS3, PS4, karaoke | Depozit— | |
Komfortzal | Masa sayı9 | TV – PS3, PS4, karaoke | Depozit— | |
Teraszal | Masa sayı7 | TV – PS3, PS4, karaoke | Depozit— |
Ünvan: Abdulla Şaiq küçəsi, 241
“Papa”
“Don`t worry Papa Cinema”da Azərbaycan və Avropa mətbəxindən şorbalar, salatlar, əsas yeməklər, suşilər, kiçik və böyük çərəz setləri, qəlyənaltılar, burgerlər və sendviçlər, pizzalar, desertlər təklif olunur. Depozit 7/24 saat.
Qiymət cədvəli:
Zona | 1 otaq | Xidmət | Qiymət |
1 | 20 nəfər | TV – PS3, PS4, karaoke | Depozit 50 ₼ / 3 saat |
2, 3, 4 | 8 nəfər | TV – PS3, PS4, karaoke | Depozit40₼ / 3 saat |
5 | 10 nəfər | TV – PS3, PS4, karaoke | Depozit50₼ / 3 saat |
Ünvan: Azadlıq prospekti, 108-118
“Metropole”
“Metropole Cinema Club” müştərilərinə milli mətbəxtlə yanaşı, xarici mətbəx nümunələrini də təklif edir. Burada bütün növ pizzalar, makaron məhsulları, suşi, qarnir, isti yeməklər, steyklər, çərəzlər, qəlyan, çay və kofe, alkoqolsuz və alkaqollu içkilər verilir. Depozit sistemi 7/24 saat.
Qiymət cədvəli:
Zona | 1 otaq | Xidmət | Qiymət |
Sunlight | 25 nəfər | Proyektor – PS3, PS4, karaoke | Depozit150₼ / limitsiz |
Qalaksika | 15 nəfər | Proyektor – PS3, PS4, karaoke | Depozit70₼ / limitsiz |
Dream Flower, Snow Bridge, Spider King | 8 nəfər | Proyektor – PS3, PS4, karaoke | Depozit70₼ / limitsiz |
Monster Gate | 6 nəfər | Proyektor – PS3, PS4, karaoke | Depozit50₼ / limitsiz |
Red Line | 4 nəfər | Proyektor – PS3, PS4, karaoke | Depozit50₼ / limitsiz |
Ünvan: Süleyman Rəhimov küçəsi, 126/64
“Nar”
“Bar Kafe”də həftənin hər günü qəlyan 10 AZN-ə təklif olunur. Məkanda milli və türk səhər yeməyi, qarışıq mətbəxdən şorbalar, salatlar və əsas yeməklər, kiçik və böyük çərəz seti, spirtli və spirtsiz içkilər, desretlər, çay dəsgahı və təbii ki, bol dənələnmiş nar sifariş verə bilərsiniz. Depozit sistemi 7/24 saat.
Qiymət cədvəli:
Zona | 1 otaq | Masa | Xidmət | Qiymət |
1 | 4 nəfər | TV– PS3, PS4, karaoke | Depozit30₼ / 3 saat | |
2, 5, 7, 8 | 8 nəfər | TV– PS3, PS4, karaoke | Depozit40₼ / 3 saat | |
3, 4 | 17 nəfər | TV – PS3, PS4, karaoke | Depozit50₼ / 3 saat | |
6 | 10 nəfər | TV – PS3, PS4, karaoke | Depozit40₼ / 3 saat | |
Zal | Masa sayı18 | TV – PS3, PS4, karaoke | Depozit— |
Ünvan: Hüseyn Cavid prospekti, 17
“Court”
“Court” yalnız Avropa mətbəxi təklif edir və burada həftənin cümə, şənbə və bazar günləri 24 saat depozitlə, 1-4-cü günləri saat 16:00-a qədər depozitsiz, 16:00-dan səhər saat 06:00-a qədər isə depozit ödəməklə istirahət etmək mümkündür.
Şorbalar, salatlar, qəlyanaltılar, burgerlər və sendviçlər, pizzalar, xəmir xörəkləri, makaron məhsulları, suşi, qarnir, isti yeməklər, çərəzlər, çay və kofe, alkoqollu kokteyllər, alkoqolsuz içkilər, pivə, araq, cin, tekila, likör, viski, rom, konyak sərəncamınızdadır.
Qiymət cədvəli:
Zona | 1 otaq | Xidmət | Qiymət |
2, 5, 8 | 8 nəfər | TV – PS4, karaoke | Depozit100₼ / limitsiz |
10, 20 | 12 nəfər | TV – PS4, karaoke | Depozit100₼ / limitsiz |
15 | 15 nəfər | TV – PS4, karaoke | Depozit200₼ / limitsiz |
VIP 1 | 15 nəfər | TV – PS4, karaoke | Depozit500₼ / limitsiz |
VIP 2 | 20 nəfər | TV – PS4, karaoke | Depozit800₼ / limitsiz |
VIP 3 | 30 nəfər | TV – PS4, karaoke | Depozit1000₼ / limitsiz |
Ünvan: Mehdi Mehdizadə küçəsi, 54
Nuş olsun!
Ramilə Qardaşxanqızı
BakuCity.Az