Bakıda hüquqşünas döyüldü

Bakıda hüquqşünas döyüldü

Dişi sınıb

Bakıda döyülmə hadisəsi baş verib.

BakuCity.az APA-ya istinadən məlumat verir ki, hadisə paytaxtın Yasamal rayonu S.Əsgərova küçəsi, 77 ünvanında yerləşən “Ləziz” kafesində qeydə alınıb.

Hacıyev Səbuhi Səxavət oğlu kafedə tanıdığı şəxslə mühabisə edib. Mübahisə sonradan əlbəyaxa davaya çevrilib. Dava zamanı Azər adlı şəxs S.Hacıyevin sifət nahiyəsinə yumruqla vuraraq onun dişini sındırıb.

Həmçinin oxu: Bakıda “ayıq sürücü” 60 yaşlı müştərini xəstəxanalıq etdi

Faktla bağlı Yasamal rayonu Polis İdarəsinin 27-ci Polis bölməsi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, S.Hacıyev hüquqşünasdır.

BakuCity.az

Bakı döyülmə hüquqşünas
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər