Bakıda “Prado” sürücüsündən qeyri-adi hərəkət: Təkərləri havada qaldı - VİDEO

Bakıda “Prado” sürücüsündən qeyri-adi hərəkət: Təkərləri havada qaldı - VİDEO

Maşının təkərləri yerdən üzülüb

Bakıda yol hərəkəti qaydalarını kobud şəkildə pozan daha bir avtomobil kameralara düşüb.

BakuCity.az News24.az-a istinadla xəbər verir ki, Heydər lıiyev prospektində - ASK Arena stadionunun qarşısında “Toyota Prado” markalı, 99 AG 835 nömrə nişanlı avtomobilin sürücüsü qadağan edilmiş yerdə zolağı dəyişmək istəyib.

Bu məqsədlə o ayırıcı zolağın üstünə çıxıb. Lakin ayırıcı sədd hündür olduğundan maşının təkərləri yerdən üzülüb və sürtünmə azaldığından avtomobilin sürücüsü çıxılmaz vəziyyətdə qalıb. Hərəkəti davam etdirə bilməyən sürücü digər hərəkət iştirakçılarından kömək istəyib.

Hadisənin videosunu təqdim edirik:

BakuCity.az

Bakı Heydər Əliyev prospekti Prado
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər