Bakıda VAZ-ın səhvindən zəncirvari qəza baş verdi - FOTO + VİDEO

Bakıda VAZ-ın səhvindən zəncirvari qəza baş verdi - FOTO + VİDEO

Avtomobillərə ciddi ziyan dəyib

Nərimanov rayonunda 4 avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Qəza Əhməd Rəcəbli küçəsində qeydə alınıb.

BakuCity.az Oxu.az-a istinadən məlumat verir ki, Qənbərov Seyfəddin Kərəməli oğlu idarə etdiyi “VAZ 2107” markalı minik avtomobili ilə hərəkətdə olarkən geriyə dönmə əməliyyatı etmək istəyib. Lakin arxadan gələn nəqliyyat vasitələrini gözləmədiyindən qəzaya səbəb olub. Belə ki, arxada hərəkətdə olan və Babayev İsmayıl Fətulla oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobil əvvəlcə “VAZ 2107”yə, daha sonra isə Hüseynov Bəxtiyar Firudin oğlunun idarə etdiyi “Jeep” və Murtuzayev Məmməd Murtuza oğlunun idarə etdiyi “Mercedes” markalı nəqliyyat vasitələrinə çırpılıb.

Həmçinin oxu: Arxadan gələn maşına yol vermədi: ana və uşağı yaralandı - VİDEO

Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Hadisə zamanı avtomobillərin motor hissəsi zədələndiyindən nəqliyyat vasitələrinin yağı yola dağılıb.

Əraziyə Nərimanov Rayon Dövlət Yol Polis İdarəsinin əməkdaşları cəlb olunub. Hadisənin təfərrüatı araşdırılır.

Bakıda VAZ-ın səhvindən zəncirvari qəza baş verdi - FOTO + VİDEO, fotoşəkil-1 Bakıda VAZ-ın səhvindən zəncirvari qəza baş verdi - FOTO + VİDEO, fotoşəkil-2 Bakıda VAZ-ın səhvindən zəncirvari qəza baş verdi - FOTO + VİDEO, fotoşəkil-3 Bakıda VAZ-ın səhvindən zəncirvari qəza baş verdi - FOTO + VİDEO, fotoşəkil-4 Bakıda VAZ-ın səhvindən zəncirvari qəza baş verdi - FOTO + VİDEO, fotoşəkil-5 Bakıda VAZ-ın səhvindən zəncirvari qəza baş verdi - FOTO + VİDEO, fotoşəkil-6 Bakıda VAZ-ın səhvindən zəncirvari qəza baş verdi - FOTO + VİDEO, fotoşəkil-7 Bakıda VAZ-ın səhvindən zəncirvari qəza baş verdi - FOTO + VİDEO, fotoşəkil-8 Bakıda VAZ-ın səhvindən zəncirvari qəza baş verdi - FOTO + VİDEO, fotoşəkil-9 Bakıda VAZ-ın səhvindən zəncirvari qəza baş verdi - FOTO + VİDEO, fotoşəkil-10 Bakıda VAZ-ın səhvindən zəncirvari qəza baş verdi - FOTO + VİDEO, fotoşəkil-11 Bakıda VAZ-ın səhvindən zəncirvari qəza baş verdi - FOTO + VİDEO, fotoşəkil-12 Bakıda VAZ-ın səhvindən zəncirvari qəza baş verdi - FOTO + VİDEO, fotoşəkil-13

BakuCity.az

Bakı yol qəzası
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər