Bakıda erməni mahnısı səsləndirən bunlar olub - VİDEO

Bakıda erməni mahnısı səsləndirən bunlar olub - VİDEO

Tbilisi sakinləridirlər

2019-cu il noyabrın 2-də Bakı bulvarı boyunca guya erməni milliyətindən olan şəxslərin avtomobillə hərəkət edərək erməni dilində danışıb qeyri-etik ifadələr işlətmələri ilə bağlı video yayılmışdı.

BakuCity.az İTV-yə istinadən xəbər verir ki, "Ermənilər Bakıda" başlıqlı bu görüntü müəyyən müzakirələrə səbəb olmuşdu.

Jurnalist araşdırması nəticəsində bəlli olub ki, həmin şəxslər Gürcüstan vətəndaşı olan azərbaycanlılardır.

Tbilisi sakinləri, əslən azərbaycanlı olan Nizam İsa oğlu Xasıyev, onun oğlu və qardaşı Akif Xasıyev toy mərasimində iştirak etmək üçün Bakıya gəliblərmiş.

Həmçinin oxu: Bakı küçələrində təxribat: erməni mahnısı səsləndirib, azərbaycanlıları təhqir etdilər - VİDEO

Saxlanılan şəxslər əməllərindən peşman olaraq Azərbaycan xalqından üzr istəyiblər.

BakuCity.az

Bakı erməni mahnısı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər