Bakıda vəfat edən deputat Yevda Abramovun bu gün dəfninə icazə verilmədi

Bakıda vəfat edən deputat Yevda Abramovun bu gün dəfninə icazə verilmədi

Qırmızı Qəsəbədəki qəbiristanlıqda torpağa tapşırılacaq

Bakıda vəfat edən deputat Yevda Abramov bu gün dəfn olunmayacaq.

BakuCity.az-ın məlumatına görə, mərhum deputatın qızı Bəsti Yusifova Report-a bildirib ki, dünyasını dəyişən şəxsin şənbə günü torpağa tapşırılması onların adət-ənənəsinə uyğun deyil:

"Ona görə də atamın dəfn mərasimi bazar günü, yəni dekabrın 8-də keçiriləcək".

Beləliklə, Y.Abramovla vida mərasimi dekabrın 8-i saat 12:00-dan 13:00-dək Quba rayonunun Mədəniyyət evində keçiriləcək.

Vida mərasimindən sonra mərhumun cənazəsi doğulduğu Qırmızı Qəsəbədə yerləşən qəbiristanlıqda torpağa tapşırılacaq.

Qeyd edək ki, Y.Abramov dekabrın 6-da müalicə aldığı Mərkəzi Klinik Xəstəxanada 71 yaşında dünyasını dəyişib.

Yevda Sasunoviç Abramov 12 iyun 1948-ci ildə Quba rayonunun Qırmızı qəsəbəsində anadan olub. Bir neçə ildir xərçəng xəstəliyindən müalicə olunurdu.

BakuCity.az

Bakı Yevda Abramov dəfn mərasimi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər