Bakıda tramvay bərpa oluna bilər: BNA danışıqlara başladı - VİDEO

Bakıda tramvay bərpa oluna bilər: BNA danışıqlara başladı - VİDEO

Türkiyə təcrübəsini Azərbaycanla paylaşmağa hazırdır

Azərbaycan Türkiyənin İstanbul şəhərindəki nəqliyyat idarəetmə təcrübəsini Bakıda tətbiq etmək istəyir. Bu məqsədlə Bakı Nəqliyyat Agentlyinin rəsmiləri bu meqapolisdəki nəqliyyat idarəetməsi ilə yerində tanış olublar.

İstanbul Böyükşəhər Bələdiyyəsinin İdarəetmə Mərkəzində keçirilən görüşdə ictimai nəqliyyatın idarə olunması prosesi haqqında məlumat verilib. Görüş zamanı ictimai nəqliyyatda sərnişinlərin təhlükəsiz və rahat şəkildə məzil başına çatması üçün Avropa ölkələrində tətbiq olunan son texnologiyalardan faydalanıldığı bildirilib.

İstanbul Elektrik Tramvay Tunel Nəqliyyat İdarəsinin rəhbəri Hasan Çelik bildirib ki, nəqliyyat idarəetmə ilə bağlı bütün təcrübəni Azərbaycanla paylaşmağa hazırdırlar.

Həmçinin oxu: Bakıdan Sumqayıta metrobus xətti çəkilə bilər

Qeyd edək ki, Bakı şəhərində ictimai nəqliyyatının idarə olunması üçün yaradılacaq vahid dispetçer xidmətinin formalaşdırılması üçün məhz Türkiyənin təcrübəsindən istifadə olunacaq. Nəticədə Bakıda tramvay nəqliyyatı yenidən canlanacaq və metrobus nəqliyyatının tətbiqi üçün layihələrin reallaşması nəzərdə tutulur.

BakuCity.az Xezerxeber.az-ın mövzu ilə bağlı daha ətraflı videomaterialını təqdim edir:

BakuCity.az

Bakı Türkiyə tramvay
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər