Bakıda gənci işlədiyi mağazanın yanında ürəyindən bıçaqladılar - FOTO

Bakıda gənci işlədiyi mağazanın yanında ürəyindən bıçaqladılar - FOTO

Onun həyatını xilas etmək mümkün olmayıb

Bakının Nizami rayonunda qətl hadisəsi baş verib.

BakuCity.az APA-ya istinadən xəbər verir ki, hadisə metronun "Qara Qarayev" stansiyasının yaxınlığında törədilib.

28 yaşlı Kazımov Ramal Kamal oğlu naməlum şəxs tərəfindən ürək nahiyəsindən 5 bıçaq xəsarəti alıb. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Həmçinin oxu: Bakıda gənc özündən 7 yaş böyük sevgilisini küçədə öldürdü - YENİLƏNİB + VİDEO

Faktla bağlı Nizami Rayon Prokurorluğu və Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, R.Kazımov işlədiyi mağazanın yaxınlığında mübahisə edib. Qətl də həmin ərazidə törədilib.

Bakıda gənci işlədiyi mağazanın yanında ürəyindən bıçaqladılar - FOTO, fotoşəkil-1 Bakıda gənci işlədiyi mağazanın yanında ürəyindən bıçaqladılar - FOTO, fotoşəkil-2 Bakıda gənci işlədiyi mağazanın yanında ürəyindən bıçaqladılar - FOTO, fotoşəkil-3 Bakıda gənci işlədiyi mağazanın yanında ürəyindən bıçaqladılar - FOTO, fotoşəkil-4

BakuCity.az

Bakı qətl bıçaqlanma
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər