Bakıda ögey ana uşaqlara işgəncə verdi, Komitə işə qarışdı - FOTO

Babalarına verilməsi üçün məhkəməyə müraciət edilib

Bakının Sabunçu rayonunda azyaşlı uşaqların ataları və ögey anaları tərəfindən ağır işgəncələrə məruz qalması ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində araşdırmalara başlanılıb.

BakuCity.az-ın məlumatına görə, bu barədə “Report”un sorğusuna cavab olaraq Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov bildirib.

O bildirib ki, faktla bağlı Sabunçu Rayon İcra Hakimiyyətində yaradılmış monitorinq komissiyası vasitəsilə Dövlət Komitəsi tərəfindən araşdırmalar davam etdirilir:

“Bu məlumatdan xəbərdarıq. Bununla bağlı Dövlət Komitəsinin Hüquq və Uşaq şöbələrində araşdırmalara başlanılıb. Sadəcə olaraq, hadisə ilə bağlı araşdırmalardan sonra yekun məlumat veriləcək. Ümumiyyətlə, uşaqlara qarşı fiziki, psixoloji və digər zorakılıq növlərindən istifadə etmək yolverilməzdir. Həmin zorakılıq faktları törədən şəxslərin əlindən uşaqların məhkəməyə müraciət edərək alınması məsələsi hər zaman aktual olub. Buna görə də valideynlər və valideyn hüquqlarından istifadə edən şəxslər bu hüquqlarından sui-istifadə etməməlidirlər. Həmin şəxslər fiziki zorakılıq törədəndə və himayəsində olduğu uşağa məsuliyyətsiz yanaşanda məhkəmə qərarına əsasən, öz hüquqlarını itirirlər. Hazırda bu məsələ istiqamətində araşdırma aparılır. Hadisəni törədən şəxslər cinayət məsuliyyətinə cəlb olunmalıdır”.

Həmçinin oxu: Bakı sakininə işgəncə verib videoya çəkdilər - Sosial şəbəkədə “rahat davranışına” görə

Qeyd edək ki, sosial şəbəkələrdə Bakıda yaşayan Qulu və Hüseyn adlı qardaşların ata və ögey anaları tərəfindən ağır işgəncələrə məruz qalmaları ilə bağlı məlumatlar və bu işgəncələri özündə əks etdirən fotolar yayılıb. Bildirilib ki, körpə ikən doğma anaları vəfat edən azyaşlı qardaşlar sonradan başqa bir qadınla evlənən atasının himayəsində qalıblar. Bundan sonra uşaqlar ögey anaları tərəfindən dəfələrlə döyülüb.

Məlumata görə, uşaqlar hazırda ana babalarının yanındadırlar. Onların atasından alınıb babasına verilməsi üçün Sabunçu Rayon Məhkəməsinə müraciət edilib.

BakuCity.az

Bakı ögey ana azyaşlılar işgəncə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
Baş Nazir Əli Əsədov  təhsillə bağlı qərar imzalayıb. Nazirlər kabineti Bakı İdarəetmə və Texnologiya Kollecinin, Bakı Qida Sənayesi Kollecinin, Bakı Dövlət Sosial-İqtisadi Kollecinin, Bakı Humanitar Kollecinin, Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinin, Sumqayıt Musiqi Kollecinin, Gəncə Dövlət Regional Kollecinin, Lənkəran Dövlət Humanitar Kollecinin, Şəki Dövlət Regional Kollecinin yenidən təşkili və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20...
Cəmiyyət
Daxili İşlər Nazirliyinə (DİN) dayanma-durma tələblərinin pozulmasına görə cərimə yazmaq səlahiyyəti verilib. BakuCity.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev iyulun 10-da fərman imzalayıb. Yeni fərmanla Prezidentin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 15 fevral tarixli 795 nömrəli fərmanı də...
Ekologiya
Bakıda 12 iyulda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal küləyi gündüz cənub küləyi əvəz olunacaq. Havanın temperaturu  Abşeron yarımadasında gecə 21-24,  gündüz 29-34, Bakıda  gecə 21-23, gündüz  32-34...
Kriminal
Paytaxtda sərt karantin rejimində fəaliyyət göstərən istixana aşkarlanıb. Sabunçu Rayon Polis İdarəsi və 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən karantin qaydalarını pozan şəxslərə qarşı tədbir keçirilib. BakuCity.az xəbər verir ki, rayonun 2 nömrəli sovxoz ərazisində yerləşən pomidor məhsulu yetişdirilən istixanada karantin qaydalarının pozulması faktı aşkarlanıb. “Qızıl noxur” adlı obyektin sahibi Kamil Musayevə məxsus istixanada 55 nəfərin sosial...
Siyasət
Daxili İşlər Nazirliyinin səlahiyyətləri artırılıb. BakuCity.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Prezidentin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb. Fərmana əsasən, 4.52-ci bənddə “yaratdığı hallara” sözlərindən sonra “münasibətdə Daxili İşlər Nazirliyi və...
Kriminal
Bakıdan bölgələrə sərnişin aparan sürücü və müştəriləri həbs olunub. Koronavirus pandemiyası ilə mübarizədə bölgələrdən paytaxta, eləcə də əks istiqamətdə vətəndaşların hərəkətinə tətbiq olunan məhdudiyyətləri pozaraq Bakı şəhərindən rayonlara qanunsuz olaraq sərnişin daşıyan sürücü saxlanılıb. BakuCty.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən bu qanunsuz fəaliyyətlə məşğ...
Cəmiyyət
Bakı Nəqliyyat Agentliyinin səlahiyyətləri artırılıb. Prezident İlham Əliyev “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb. BakuCity.az xəbər verir ki, Fərmanda deyilir: “Azərbaycan Respublikas...
Cəmiyyət
Media işçiləri bu həftə Lənkaranın Boladi kəndində olub. BakuCity.az xəbər verir ki, bura koronavirusdan ölən ilk şəxsin olduğu kənddir. 10 000 əhalisi olan bu kənddə indiyədək 70 nəfər koronavirusa yoluxub, amma buna baxmayaraq, kənd camaatının küçədə maskasız, əlcəksiz gəzməsi müşahidə edilir. Burada hələ də virusa inanmayanlar olsa da, digər tərəfdən koronavirusdan sağaldıqlarına görə, qurban kəsənlər də var. Qəribəsi budur ki, Baku TV komandası kəndə ç...
Cəmiyyət
Bu gün saat 00:00-dan etibarən bütün ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb. Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda həftəsonları bütün ictimai nəqliyyatın hərəkəti dayandırılır. BakuCity.az xəbər verir ki, bu məhdudlaşma aşağıdakı tarixlərə şamil ediləcək: 11 iyul saat 00:00-dan 13 iyul saat 06:00-dək; 18 iyul 00:00-dan 20 iyul saat 06:00-dək.  Xatırladaq ki, Bakı ilə yanaşı, Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaç...