Hansı səbəbdən intihar etdiyi məlum deyil
Ötən gün Bakının Yasamal rayonu, Əsəd Əhmədov küçəsindəki yaşayış binasının 18-ci mərtəbəsindən özünü atan qızın kimliyi müəyyənləşib.
BakuCity.az xəbər verir ki, intihar edən Qırtımova Sevinc İlham qızı futbol üzrə Azərbaycan yığmasının və "Keşlə" klubunun müdafiəçisi İlkin Qırtımovun bacısıdır.
"Qafqazinfo" məlumat verir ki, Qırtımovlar ailəsinə yaxın olan şəxslər faktı təsdiqləyiblər.
S.Qırtımovanın hansı səbəbdən intihar etdiyi hələ ki bəlli deyil.
Əslən Zaqataladan olan S.Qırtımova bir müddət idi Bakıda işləyirdi.
Faktla bağlı cinayət işi açılıb.
BakuCity.az