Bakıda yağışlı havada dəhşətli yol qəzaları - VİDEO

Bakıda yağışlı havada dəhşətli yol qəzaları - VİDEO

Avtomobillərə ciddi ziyan dəyib

Bakıda yağışlı havada, xüsusilə də magistral yollarda yol qəzaları tez-tez baş verir. Əsas səbəb isə yağışlı havada yerin sürüşkən olması və sürücülərin yüksək sürət və ara məsafəsini düzgün saxlamamasıdır.

BakuCity.az xəbər verir ki, Avtosfer.az-ın təqdim etdiyi iki videoda baş verən qəzalar da yağışlı havanın vaxtına düşür. Birinci video gündüz vaxtı çəkilib. İlk baxışdan hər şey normaldır. Amma hərəkətdə olan “Mercedes 190” markalı avtomobilin sürücüsü qəfil idarəetməni itirir. Yeriş sürüşkən olması avtomobilin ən sol zolaqdan sağa doğru getməsinə səbəb olur. Nəticədə öz yolu ilə gedən “Chevrolet” markalı maşına dəyir. Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyir.

Həmçinin oxu: Bakıda VAZ-ın səhvindən zəncirvari qəza baş verdi - FOTO + VİDEO

İkinci qəza isə günün qaranlıq vaxtında baş verib. Belə ki, hərəkətdə olan avtomobillərdən biri ara məsafəsini düzgün seçmir. Nəticədə sürüşərək öndəki maşına dəyir. Qəzadan sonra üçüncü avtomobil də onların biri ilə toqquşur. Zəncirvari qəzadan son anda arxadan yüksək sürətlə gələn avtomobil xilas ola bilir.

BakuCity.az

Bakı yol qəzası yağışlı hava
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər