Günəş tutulması 5 saat yarım davam edəcək
Bu il baş verəcək sonuncu Günəş tutulmasının vaxtı açıqlanıb.
Azərbaycan Milli Elmlər Akademiyasının Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından BakuCity.az-a verilən məlumata görə, dekabrın 26-da Bakı vaxtı ilə saat 06:30-da Günəş tutulması başlayacaq və 12:06-da yekunlaşacaq.
Paytaxt ərazisində 08:03-dən 08:52-yə qədər üfüqə yaxın yerdə sözügedən təbiət hadisəsini izləmək mümkün olacaq.
BakuCity.az