"Həzi Aslanov" metro stansiyası bağlanır? - RƏSMİ CAVAB

Stansiya infrastrukturunu hər hansısa təhlükə gözləmir

“Bakı Metropoliteni” QSC "Həzi Aslanov" stansiyasının əsaslı təmir məqsədilə bağlanacağı barədə yayılan məlumata münasibət bildirib.

QSC-dən BakuCity.az-a bildirilib ki, yayılmış məlumat həqiqəti əks etdirmir və Səhmdar Cəmiyyətin sədr müavini Hidayət Məmmədov heç bir kütləvi informasiya vasitəsinə bununla bağlı açıqlama verməyib, eyni zamanda, məsələ ilə bağlı müəssisənin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinə müraciət olunmayıb:

“Qeyd olunmalıdır ki, bu günlərdə QSC sədrinin müavini televiziya proqramlarından birinin efir qonağı kimi hidrogeoloji təsirlərin qarşısının alınması məqsədilə "Həzi Aslanov" stansiyasında qabaqlayıcı tədbirlərin görülməsi üçün əsaslı təmir işlərinin aparılmasının nəzərdə tutulduğunu və bu məqsədlə dövlətin müvafiq səlahiyyətli orqanına müraciət olunduğunu qeyd edib. Lakin onun çıxışında stansiyanın bağlanması ilə bağlı ifadə yer almayıb. Buna rəğmən məlumat dərc edən kütləvi informasiya vasitələri heç bir əsas olmadan və naməlum səbəblərdən təmir işləri ilə stansiyanın bağlanması arasında qəribə məntiqi bağlılıq quraraq və dəqiqləşdirmə aparmadan tamamilə yanlış məlumat yayıblar. Bununla da ictimaiyyət arasında çaşqınlığın yaranmasına səbəb olublar”.

Həmçinin oxu: Dünyada yeganə metro Bakıdadır ki, iki xətt bir stansiyada birləşir

"Bakı Metropoliteni" QSC bildirir ki, "Həzi Aslanov" stansiyasında planlaşdırılan təmir məhz qabaqlayıcı tədbir kimi nəzərdə tutulub. Stansiya infrastrukturunu və onun konstruksiyasını hazırda hər hansısa təhlükə gözləmir. Əsaslı təmir məhz gələcəkdə yarana biləcək təhlükənin qarşısını əvvəlcədən almağa hesablanıb. Ən əsası, təmir dövründə stansiyanın sərnişinlərin giriş-çıxışına bağlanması nəzərdə tutulmayıb:

“Ümumiyyətlə, "əsaslı təmir" anlayışı stansiyanın mütləq şəkildə bağlanması zərurətini yaratmır və bunu nəzərdə tutmur. Təmirlə əlaqədar sərnişinlərə hər hansısa təhlükənin yaranması ehtimalı olduqda, habelə təmirlə əlaqədar onların hərəkətinin tam məhdudlaşdırılmasına zərurət yarandığı hallarda stansiyanın bağlanması qaçılmaz olur. Əsaslı təmir və yenidənqurma zamanı stansiyanın bağlanmadan aparılmasına "Nizami" stansiyasında görülmüş işlər əyani nümunədir. Həmçinin "Xətai" stansiyasında da platforma və yolların təmiri stansiya bağlanmadan həyata keçirilmişdi. Bu stansiyanın bağlanması zərurətini istismar müddətini başa vurmuş eskalatorların dəyişdirilməsi zamanı onun bir giriş-çıxışlı olması yaratmışdı. Məlumdur ki, son illərdə "Elmlər Akademiyası", "İnşaatçılar", "20 Yanvar" stansiyalarında eskalatorlar yenisi ilə əvəz edilərkən, sərnişinlər digər giriş-çıxışlardan, "28 May" stansiyasında isə "Cəfər Cabbarlı" stansiyasının keçidlərindən istifadə edirdilər.

Onu da xüsusi qeyd edək ki, Bakı Metropoliteninin bütün infrastrukturu, o cümlədən mövcud stansiya və tunellərinin vəziyyəti, dayanıqlığı, etibarlığı daimi nəzarət altındadır. Metropolitendə bununla bağlı gündəlik təftiş və yoxlamalar aparılır. Tunel geyiminin və onun arxa hissəsinin müayinələri və monitorinqləri də bu prosesin tərkib hissəsidir. Bunun üçün müxtəlif müasir avadanlıqlardan, 2015-ci ildən isə həm də dünyada nadir diaqnostika qurğularından biri hesab olunan metropoliten infrastrukturunu çoxfunksiyalı diaqnostik yoxlama kompleksindən istifadə olunur”.

BakuCity.az

Bakı metro stansiya
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
Eldar Həsənov kimdir? Xəbər verdiyimiz kimi, Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfiri Eldar Həsənov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. Maliyyə yoxlamaları zamanı onun tərəfindən xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib. Həmçinin oxu: DTX Səfir Eldar Həsənovu da tutdu Eldar Həsənov 1955-ci ildə Kəlbəcərin Laçı...
Siyasət
Rusiyanın Ermənistana silah verməsi tənqid olunub. Regionda sabitliyin və inkişafin mərkəzi olan Azərbaycanın torpaqlarının 20 %-i Ermənistanın işğalı altındadır. Azərbaycanın illərdir çözülməyən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün göstərdiyi diplomatik səylərin müqabilində, işğalçı Ermənistan yalnız təxribatçı addımlarla gündəmə gəlir. Özü də cəbhə xəttində yox, Azərbaycan-Ermənistan dövlət sərhədində. Təbii ki, Ermənistanın regionda sabitliyi...
Siyasət
Bakı və Ankaranın Qarabağ planı... “Türkiyə-Azərbaycan yaxınlaşması Rusiyanı qıcıqlandıracaq, öz ənənəvi siyasətini davam etdirəcək. Amma bu, əbədi olaraq belə qala bilməz. Rusiya buradakı maraqlarını güdürsə, o zaman bir sıra amillə hesablaşmalıdır”. Keçmiş diplomat, politoloq Fikrət Sadıqov belə düşünür. BakuCity.az  Fikrət Sadıqovun müsahibəsini təqdim edir. - Türkiyə və Azərbaycandan qarşılıqlı səfərlərin sayı artıb, elə bu günlərdə birgə irimiqyaslı h...
Siyasət
Rusiya son bir aya yaxın vaxtda fasiləsiz olaraq Ermənistana 400 tondan çox müasir hərbi texnika və vasitələr hədiyyə edib. BakuCity.az xəbər verir ki, bu proses Tovuzda aktiv döyüşlərin başladığı bir vaxtda başlayıb və hərbi yüklər Ermənistana gizli şəkildə çatdırılıb. Bütün bunlar isə Azərbaycanın Rusiya ilə əlaqələrə böyük diqqət ayırdığı, bu ölkədə böyük investisiya layihələri icra etdiyi bir vaxtda reallaşıb. Prezident İlham Əliyev Rusiya prezidenti i...
Cəmiyyət
Avqustun 13-də keçirilən qəbul imtahanlarının nəticələri açıqlanıb. Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanında istifadə olunan test tapşırıqlarının düzgün cavablarını açıqlayıb. BakuCity.az  II və III ixtisas qrupları üzrə qapalı və cavabları kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavablarını (Azərbaycan və rus bölmələri) təqdim edir: II ixtisas qrupu (Azərbaycan bölməsi); II ixtisas qrupu (rus bölməsi);...
Kriminal
"Maqa" ləqəbi ilə tanınan Məhərrəm Hüseynov öldürülüb. Ukrayna paytaxtı Kiyevin Desnyanskiy rayonunda kriminal aləmdə "Maqa" ləqəbi ilə tanınan, Azərbaycan vətəndaşı, 1994-cü il təvəllüdlü, əslən Bakıdan olan Hüseynov Məhərrəm İzzət oğlu öldürülüb. BakuCity.az xəbər verir ki, hadisə rayon ərazisindəki bazarların biri ilə bağlı mübahisə zəminində baş verib. Artıq Desnyanskiy rayon polisi hadisəni törətməkdə şübhəli bilinən 4 nəfəri saxlayıb və rayon məhkəmə...
Cəmiyyət
BŞİH əhaliyə xəbərdarlıq edib. Avqustun 15-i səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq. Bu barədə BakuCity.az-a  Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib. "Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq...
Cəmiyyət
Karantin qaydalarına uyğun olaraq əhaliyə növbəti dəfə xəbərdarlıq edilib. Xüsusi karantin rejimi qaydalarına uyğun olaraq 15 avqust gecə 00:00-dan 17 avqust səhər saat 06:00-dək müntəzəm və ekspress xətlər üzrə avtobusların fəaliyyəti dayandırılacaq. BakuCity.az xəbər verir ki,bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib. Bildirilib ki, 15 və 16 avqust tarixlərində isə müntəzəm və ekspress xətlər üzrə avtobuslar adi rejimdə fəaliyyə...
Cəmiyyət
Təhsil naziri Emin Əmrullayev vətəndaşlara müraciət edib. "COVİD-19 pandemiyası şəraitində növbəti tədris ilində təhsil müəssisələrinin fəaliyyətinin bərpası ilə bağlı hazırlanmış təkliflərə görə Azərbaycan Respublikasının Təhsil İnstitutuna təşəkkürümü bildirirəm". BakuCity.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev bildirib. Emin Əmrullayev qeyd edib ki, qərarların verilməsində elmi tədqiqatlara əsaslanmaq verilən qərarların səmərəliliyini art...