Bəzi qəsəbələrdə elektrik enerjisi olmayacaq

Bəzi qəsəbələrdə elektrik enerjisi olmayacaq

Növbəli fasilələr olacaq

Bəzi qəsəbələrdə elektrik enerjisinin verilişində fasilələr yaranacaq.

"Azərişıq" ASC-dən BakuCity.az-a verilən məlumata görə, Abşeron rayonu Qobu və Masazır qəsəbələri, "At-yalı" yaşayış sahəsi, Xırdalan şəhəri Quşçuluq yaşayış massivi və Binəqədi rayonu "28 May" qəsəbəsində dayanıqlı və keyfiyyətli elektrik enerjisi təchizatı ilə əlaqədar olaraq 10/6/0.4 kv-luq EVX-ləri, TM, KTM-lərdə yenidənqurma işləri davam etdirilir.

Bununla əlaqədar olaraq dekabrın 10-dan adıçəkilən ərazilərdə elektrik enerjisi təchizatında qısamüddətli növbəli fasilələr yaranacaq.

BakuCity.az

Bakı elektrik enerjisi fasilə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər