Ən aparıcı alış-veriş və istirahət məkanına çevriləcək
Bakıda yeni iri ticarət mərkəzi tikiləcək.
BakuCity.az Baku.ws-ə istinadən xəbər verir ki, bu barədə məlumat “DLR Group”un saytında dərc olunub.
"Baku City Mall" adlanan ticarət mərkəzində hipermarket, çox sayda kafe və restoran, əyləncə məkanları yer alacaq.
Həmçinin oxu: Bakının ən iri ticarət mərkəzinin açılışı gecikir
Bildirilir ki, "Ağ Şəhər"də salınacaq "Baku City Mall" Azərbaycanın ən aparıcı alış-veriş və istirahət məkanına çevriləcək.
"Baku City Mall"un dizayn edilmiş görüntülərini təqdim edirik: