Doğma insanları hansı maraqlı hədiyyələrlə sevindirmək olar?
Ən sevimli bayramlardan biri – Yeni il yaxınlaşır. Yeni ildə doğma və yaxın insanlarla birlikdə ənənəvi bayram süfrəsi arxasında şam etmək, onları hədiyyələrlə sevindirmək adətə çevrilib.
BakuCity.az Yeni ildə maraqlı və zövqlü hədiyyə almaq üçün oxucularına müxtəlif seçimlər təqdim edir.
Açıqcalar və fotokollajlar
Bəzən bir hədiyyə almaq kifayət etmir, səmimi təbriklərin yer aldığı gözəl açıqca da təqdim etmək istəyirsən və təbii ki, bu, eksklüzivdirsə, ikiqat xoş olur. NINKA şirkəti maraqlı açıqca, fotoalbom və çərçivələr hazırlayır. Şirkətin saytında mövcud açıqcaları seçə və ya əlavə ödəniş etməklə öz dizaynınızı təklif edə bilərsiniz. Əgər hədiyyə aldığınız şəxslə sizi bir çox unudulmaz anlar bağlayırsa, bir çox şəkillərdən ibarət fotokollaj da sifariş edə bilərsiniz.
Bəzən hədiyyə alarkən onu orijinal şəkildə necə qablaşdıracağınızı bilmirsiniz. Belə hallarda şirkət fərdi qiymətlərlə rəngli hədiyyə qutuları təqdim edir.
Orijinal təsvirləri olan dəbli ekoçantalara da arzuedilən hədiyyə ola bilər.
Sifarişlərin hazır olma müddəti 2-4 iş günü təşkil edir.
NINKA | Açıqcalar | Çərçivədə fərdi açıqcalar | Fotokollajlı çərçivə | Ekoçantalar |
15-32 AZN | 44-78 AZN | 50-90 AZN | 22 AZN |
Ağacdan hədiyyələr
Bu cür hədiyyələr də orijinal və eksklüziv ola bilər. Ağacdan hazırlanan məhsullar rahat və xüsusi ab-hava yaradır. Buna görə də müxtəlif çərçivə, brelok, mücrü və lövhəciklər taxta əşya sevənlərin xoşuna gələcək. Bu cür hədiyyələri "Gift Shop Baku"da əldə etmək olar.
GiftShopBaku | Üstündə ad yazılmış lövhə | Ad yazılmış mücrü | Üzüklər üçün qutu | Fotoçərçivə | "Buqələmun" yastıq | Şəkilli fincanlar | Breloklar |
18 AZN | 24 AZN | 32-45 AZN | 24 AZN | 25 AZN | 8 AZN | 10 AZN |
Yeməli buketlər
Buket həmişə hər hansı əlamətdar gün üçün uyğun və xoş hədiyyədir və əgər yeməlidirsə, belə bir hədiyyəyə görə ikiqat sevinəcəklər. Bu cür sürprizlər çoxdandır ki bütün dünyada məşhurdur, Bakıda isə onları "TastyElla"da sifariş vermək olar. Şirkət “Qəlyanaltı buket”, “Xərçəng buketi”, “Əhval üçün buket” və “Möcüzə kompozisiyası” təklif edir.
Həmçinin oxu: Yeni il tətilini ailəvi harada qeyd edək? - TƏKLİFLƏR + QİYMƏTLƏR
Dəstlər həm meyvə, həm də digər müxtəlif qidalardan ibarətdir. Belə hədiyyə Yeni il süfrəsinə ən uyğun gələnidir, xüsusən indi şirkətdə endirimlərin olduğu bir vaxtda.
TastyElla | Xərçəng buketi | Qəlyanaltı buket | Əhval üçün buket | Möcüzə kompozisiyası |
70 AZN | 80 AZN | 35 AZN | 99 AZN |
Oyma Zərgərlik
Hisslərinizi bölüşə bilməyiniz üçün kiçik hədiyyə də kifayətdir. JUMLA hər kəsin zinət əşyalarını sevdiyini bilir, belə əşyalar, eyni zamanda, müəllifin gözəl sözləri ilə bəzədilərkən daha da maraqlı olur. Şirkət gümüş və qızıl örtüklü hipoallergen metalla işləyir.
Hazır məhsul almaq və ya əlavə ödəniş etməklə iki gün ərzində hazırlanacaq fərdi oyma sifariş edə bilərsiniz.
JUMLA | Qadınlar üçün | Kişilər üçün |
Bilərziklər | Kulonlar | Bilərziklər | Kulonlar |
35-50 AZN | 45-55 AZN | 55 AZN | 45-60 AZN |
Əsl dəri məhsulları
Bu cür əşyalar həmişə dəyərlidir, xüsusən də əl işidirsə. “Quest Craftshop” şirkəti həm kişilər, həm də qadınlara orijinal dəridən zərif və yığcam saat kəmərləri, pul kisəsi və bank kartları üçün qablar hazırlayır.
İstehsal müddəti maksimum 7 gündür. Qiyməti məhsulun modeli, ölçüsü və rəngindən asılıdır.
Quest Craftshop | Saat üçün kəmərlər | Pul kisəsi | Kartlar üçün qab |
60-130 AZN | 60-120 AZN | 80-150 AZN |
Bayrama az qalıb. Mağazalarda izdihamla qarşılaşmamağınız, vaxt itirməməyiniz üçün hədiyyələr barədə indi düşünməlisiniz. Doğmalarınızı və sevdiklərinizi sevindirməkdən zövq alın!
Züleyxa İsmayılova
BakuCity.az