Bakıda daha bir ərazidə metro üçün böyük təhlükə var - İDDİA

Bakıda daha bir ərazidə metro üçün böyük təhlükə var - İDDİA

"Metro xəttinin üstündə obyektlər tikdilər"

Bakıda "Həzi Aslanov" stansiyasının əsaslı təmir məqsədilə sərnişinlərin giriş-çıxışına bağlanacağı ilə bağlı iddialar yayılmışdı. "Bakı Metropoliteni" QSC məsələyə aydınlıq gətirərək açıqlayıb ki, "Həzi Aslanov" stansiyasında planlaşdırılan təmir məhz qabaqlayıcı tədbir kimi nəzərdə tutulub.

BakuCity.az Baku.ws-ə istinadən verdiyi məlumata görə, hazırda "Həzi Aslanov" stansiyasının ətrafından əlavə başqa bir ərazi də var ki, orada tədbirlərin görülməsinə ehtiyac var. Söhbət Qara Qarayev prospektində metro yolunun keçdiyi ərazidən gedir.

Ekspert Nüsrət İbrahimli bildirib ki, əvvəllər həmin ərazidə ağaclıq olsa da, hazırda obyektlər yerləşir:

"Qara Qarayev prospektindən Məhəmməd Hadi küçəsinədək yol boyu metro xətti keçir. Vaxtilə o ərazilərin hamısı ağaclıq idi. Sonradan orada, metro xəttinin üstündə obyektlər tikdilər. Hesab edirəm ki, onların hamısı təhlükə mənbəyidir.

Həmçinin oxu: "Həzi Aslanov" metro stansiyası bağlanır? - RƏSMİ CAVAB

Ümumiyyətlə bütün metro stansiyaların yerləşdiyi ərazilər və xüsusi təhlükəli zonaların ətrafı inventarlaşdırılmalı, dəqiqləşdirilməli və araşdırılmalıdır. Həqiqətən orada təhlükə mənbəyi varsa, tədbir görülməlidir.

"Həzi Aslanov" stansiyasına gəldikdə isə onu deyə bilərəm ki, orada həddindən artıq sıx tikililər var. Mövcud normaları bir neçə dəfə üstələyir. Bu özü də təhlükə mənbəyidir. Yanğın və ya hər hansı fors-major hadisə baş verdikdə orada insan tələfatı qaçılmazdır".

BakuCity.az

Bakı metro təhükə "Qara Qarayev" stansiyası
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər