Bakıdan Avstraliyaya ağlasığmaz üsulla narkotik göndərmək cəhdi - VİDEO

Bakıdan Avstraliyaya ağlasığmaz üsulla narkotik göndərmək cəhdi - VİDEO

Xidməti it reaksiya verib

Beynəlxalq poçt göndərişləri yolu ilə narkotik vasitənin gömrük sərhədindən keçirilməsi cəhdinin qarşısı alınıb.

Dövlət Gömük Komitəsindən BakuCity.az-a verilən məlumata görə, Bakı Karqo Terminalında Azərbaycandan Avstraliyaya ünvanlanan poçt bağlamasına kinoloji xidmət itinin tətbiqi ilə baxış keçirilib. 

Xidməti it reaksiya verdiyi üçün bağlama Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Poçt göndərişləri gömrük postunda təkrar yoxlanılıb.

Parçanın daxilinə narkotik vasitəyə oxşar naməlum maddənin hopdurulduğu ehtimal edildiyinə görə poçt bağlaması araşdırma məqsədilə saxlanılıb.

Təkrar yoxlama nəticəsində parçaya hopdurulan maddənin 3 kq 154 qram çəkidə tiryək olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Bakıdan Avstraliyaya ağlasığmaz üsulla narkotik göndərmək cəhdi - VİDEO, fotoşəkil-1 Bakıdan Avstraliyaya ağlasığmaz üsulla narkotik göndərmək cəhdi - VİDEO, fotoşəkil-2 Bakıdan Avstraliyaya ağlasığmaz üsulla narkotik göndərmək cəhdi - VİDEO, fotoşəkil-3 Bakıdan Avstraliyaya ağlasığmaz üsulla narkotik göndərmək cəhdi - VİDEO, fotoşəkil-4 Bakıdan Avstraliyaya ağlasığmaz üsulla narkotik göndərmək cəhdi - VİDEO, fotoşəkil-5 Bakıdan Avstraliyaya ağlasığmaz üsulla narkotik göndərmək cəhdi - VİDEO, fotoşəkil-6

BakuCity.az

Bakı gömrük narkotik Avstraliya
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər