Pul, qızıl, noutbuk oğurlayıb
Bakıda silsilə oğurluqlar edən şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BakuCity.az-a verilən məlumata görə, oğurluq etdiyinə görə tutulmuş R.İbrahimovun ətrafında Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis bölməsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki daha 14 evdən pul, qızıl-zinət əşyaları və noutbuk oğurlaması da müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
BakuCity.az