Hündürlüyü 34 metr olacaq
Qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və 1 yanvar - Yeni il bayramı ilə əlaqədar Bakıda ən böyük Yeni il yolkasının quraşdırılacağı yer məlum olub.
BakuCity.az-ın məlumatına görə, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Xidmət və Ticarət Departamentindən Trend-ə bildirilib.
Məlumata görə, paytaxtın müxtəlif yerlərində yolkalar quraşdırılacaq:
"Rayon icra hakimiyyətləri tərəfindən Yeni il yolkaları Bakıdakı park və istirahət mərkəzlərində quraşdırılacaq. Bakının ən böyük yolkası isə bu dəfə Azneft dairəsində qurulacaq. Həmin yolkanın hündürlüyü 34 metr olacaq. Yolkaların quraşdırılmasına dekabrın 15-dən start veriləcək".
Həmçinin oxu: Yeni il bayramı üçün maraqlı və fərqli hədiyyələr - SİYAHI + QİYMƏTLƏR
Xatırladaq ki, ötən il Bakının ən böyük yolkası paytaxtın Azadlıq meydanında quraşdırılmışdı. Yolkanın hündürlüyü 37, diametri isə 16 metr idi.
BakuCity.az