Bakıda “Xalça diyarına səyahət” festivalı başa çatıb - FOTO

Azərbaycan Milli Xalça Muzeyinin Uşaq şöbəsinin 10 illik yubileyinə həsr olunmuş sevinc, əyləncə, həyəcan dolu ikigünlük “Xalça diyarına səyahət” festivalı dünən başa çatıb.

BakuCity.az xəbər verir ki, festivalı muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova açaraq ilk dəfə məhz bu muzeydə Uşaq şöbəsinin yaradıldığını və ötən müddət ərzində tədris sahəsində fəaliyyətini inkişaf etdirdiyini vurğulayıb: “Məqsədimiz uşaqları milli dəyərlərimizlə, irsimizlə, mədəniyyətimizlə daha yaxından tanış etmək olub. Və bu istəyimizə nail olmaq üçün gördüyümüz işlər artıq öz bəhrəsini verir”. Şirin xanım muzeyin uşaqların sevimli məkanına çevrilməsindən, Uşaq şöbəsinə üz tutan balaca dostların ilbəil artmasından məmnunluğunu diqqətə çatdırıb. Tədbirin Yeni il ərəfəsində keçirilməsinin uşaqların sevincini daha da artırdığını deyib.

300 nəfərdən artıq uşağın qatıldığı festivalın açılış mərasimində 3 nömrəli Uşaq - Gənclər İnkişaf Mərkəzinin rəqs qrupu, Üzeyir Hacıbəylinin Ev Muzeyinin nəzdində “Nur” uşaq xor studiyasının kollektivi, “Çiçəyim” uşaq teatrının üzvləri, “Azəri inciləri” rəqs kollektivi çıxış edib. Tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanan bu ifalardan sonra muzeyin Uşaq şöbəsinin dərnək üzvlərinin rəsm və xalçaçılıq üzrə bir-birindən gözəl əl işlərindən ibarət sərgi açılıb.

Tədbirdə Misirin Azərbaycandakı səfirliyinin əməkdaşı Kəmalə İsgəndərova uşaqlara əsrarəngiz Misir nağılları oxuyub. Balaca dostlar suvenir xalça, qar adamı yumşaq oyuncağı, yeni il açıqcası və s. hazırlanması, şəddə toxunması üzrə ustad dərslərə qatılıb, öz bacarıq və qabiliyyətlərini nümayiş etdiriblər. Onlar üçün əyləncəli viktorina, maraqlı kvest oyunu keçirilib, “Məlikməmmədin nağılı”, “Şəngülüm, Şüngülüm, Məngülüm” kukla tamaşaları və “Xalçaların bəhsi” tamaşası göstərilib.

Festival çərçivəsində uşaqlar üçün yazılmış “Azərbaycanın sehirli abidələri” kitabının müəllifi, memar Elçin Əliyevlə, “Çimərlikdə” uşaq kitabının müəllifi Lalə Məlik və nəşrin illüstrasiyalarının müəllifi İrina Eldarova ilə görüş imkanı qazanan tədbir iştirakçıları kitab və digər hədiyyələr əldə ediblər. Onlar Gürcüstan Milli Qeştalt İnstitutunun mütəxəssisi Zaira Nadiraşvilinin art-terapiya, “Nur” uşaq xor studiyasının bədii rəhbəri, xor dirijoru Mələk Vəlizadənin musiqi terapiyası təlimlərinə də qatılıblar və bu görüşlərdən böyük zövq aldıqlarını bildiriblər.

Bunlarla yanaşı, festivalın ikinci günü iştirakçılar möhtəşəm karnaval həyəcanı yaşayıb. Bakıda fəaliyyət göstərən Rus Mədəniyyət Mərkəzinin uşaq rəqs kollektivinin çıxışı, karnavala qatılanlar arasından ən yaxşı geyim - “Miss&Mister” nominasiyası üzrə qaliblərin seçilməsi, onlara hədiyyələrin təqdim olunması, Transformers Bumblebee şou balaca dostların böyük sevinci və coşqusuna səbəb olub.

Festivalda həmçinin Azərsun Holdinq şirkəti uşaqlara hədiyyələr təqdim edib.

Misir, İran, Macarıstanın Azərbaycandakı səfirliklərinin, Monteneqronun ölkəmizdəki konsulluğunun əməkdaşları, “Gülsam” Əlillərin Reabilitasiya İctimai Birliyi və muzeyin Uşaq şöbəsi tərəfindən xeyriyyə satış-yarmarkası təşkil olunub. Qeyd edək ki, satış-yarmarkasından əldə olunan gəlir xəstəlikdən əziyyət çəkən uşaqların müalicəsinə xərclənəcək.

Bir sözlə, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı ilə baş tutan tədbir rəngarəng, zəngin proqramı ilə uşaqlara xəyallarından silinməyəcək festival həyəcanı yaşadıb, eyni zamanda, onlara yeni-yeni dostlar qazandırıb.

 BakuCity.Az

Bakı Festival
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Azərbaycan Respublikasında 10-dan çox insanda yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb Nazirlər Kabineti yanında Operativ Qərargahdan BakuCity.az-a verilən məlumata görə, 17 yeni koronavirusa yoluxma faktı qeydə alınıb, 1 nəfər vəfat edib. 1951-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı ağır gedişli iki tərəfli pnevmoniya, üçüncü dərəcə tənəffüs çatışmazlığından əziyyət çəkmiş, xəstənin anamnezində ürəyin işemik xəstə...
Cəmiyyət
Koronavirusa görə parklarda skamyalar yığışdırılıb Bakı və Sumqayıt şəhərləri ərazisində yerləşən parklarda insanların oturması üçün nəzərdə tutulan skamyalar tərsinə çevrilib. BakuCity.az "Report"a istinadən xəbər verir ki, buna səbəb koronavirus infeksiyasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində insanların sıxlığını tənzimləmək məqsədilə bütün bulvar, park və istirahət məkanlarına girişin məhdudlaşdırılmasıdır. Qeyd...
Siyasət
ABŞ koronavirusla mübarizə üçün Azərbaycana 1,7 milyon dollar ayırıb COVID-19 virusunun yayılması ilə mübarizə üçün ABŞ Dövlət Departamenti və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) Azərbaycana tibbi yardım məqsədilə 1,7 milyon dollar həcmində yardım ayırıb. Bu barədə BakuCity.az ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib. Vəsait laboratoriya sistemlərinin hazırlanması, yeni yoluxma hallarının aşkarlanmasında və əsaslı nəzarət işlərinin aparılma...
Ekologiya
29 martda gözlənilən hava şəraiti Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, martın 29-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı,  arabir tutulacağı,əsasən yağmursuz keçəcəyi gözlənilir.  Gecə və səhər bəzi yerlərdə duman, axşam çiskin olacağı ehtimalı var. Şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu  Abşeron yarımadasında gec...
Cəmiyyət
Avtobuslarında yeni qaydaların tətbiqinə başlanılıb Xüsusi karantin rejimində sosial məsafə saxlanılmasının əhəmiyyətini nəzərə alaraq, “BakuBus” MMC-nin istismarında olan müntəzəm marşrut avtobuslarında yeni qaydaların tətbiqinə başlanılıb. Bakı Nəqliyyat Agentliyindən BakuCity.az-a verilən məlumata görə, qaydalara əsasən, mövcud epidemik vəziyyət nəzərə alınmaqla avtobuslardakı oturacaq yerlərinin yarısında sosial məsafənin saxlanılması ilə bağlı elan vu...
Mədəniyyət
Mədəniyyət Nazirliyi televiziya kanallarına müraciət edib BakuCity.az-ın məlumatına görə, müraciətdə deyilir: "Bu günlər koranavirus təhlükəsinin ölkəmizdə daha geniş yayılmaması və əhalinin sağlamlığının qorunması məqsədilə hökumət tərəfindən tətbiq edilən sosial izolyasiya və karantin tədbirləri ilə yanaşı, insanların evdə qalmasını və ictimai ünsiyyətin minimuma endirilməsini təşviq edən müxtəlif mədəni təşəbbüs və layihələr də həyata keçirilməkdədir. M...
Cəmiyyət
"Evdə temperaturumun qalxdığını hiss edən zaman təcili tibbi yardıma müraciət etdim" BakuCity.az xəbər verir ki, bunu Füzuli rayonunun keçmiş polis rəisi, Qarabağ müharibəsinin iştirakçısı olmuş Bünyad Məmmədov AzTV-yə müsahibəsində deyib. Koronavirusa yoluxmuş 72 yaşlı B.Məmmədov xəstəxanalardan birinin xüsusi təhlükəli infeksiya şöbəsində müalicə alır. O bildirib ki, daha sonra həkimlər onu xəstəxanaya aparıblar: "Dövlətin qoyduğu qanunlara riayət edilmə...
Hadisələr
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib BakuCity.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.  Bildirilib ki, Nizami rayonunda “Mercedes” markalı minik avtomobili və “KamAZ” markalı yük maşını toqquşub. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri bir nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini və müxtəlif xəsarətlər alaraq, sıxılı vəziyyətdə qalan...
Biznes
Azərbaycan bazarında elektromobillərə tələbat böyük deyil. BakuCity.az xəbər verir ki, bunu Trend-ə Maşın və Avadanlıq İstehsalçıları Assosiasiyasının sədri Emin Axundov deyib. Onun sözlərinə görə, elektromobillər Azərbaycan üçün ona görə səmərəli deyil ki, bu maşınlar üçün müvafiq infrastruktur yoxdur: "Yeni elektrokarın qiyməti 20 min dollardan çoxdur. Onlar hələlik qış aylarında adekvat işləmir. Amma Azərbaycan yaxın gələcəkdə elektromobillərdən istifad...