Bakıda tikinti bazarında yanğın söndürüldü: ilkin səbəbi açıqlandı - YENİLƏNİB + FOTO/VİDEO

Bakıda tikinti bazarında yanğın söndürüldü: ilkin səbəbi açıqlandı - YENİLƏNİB + FOTO/VİDEO

Soyutma işləri davam etdirilir

Bu gün səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən söndürülüb.

Nazirlikdən BakuCity.az-a verilən məlumata görə, yanğının söndürülməsi üçün əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətindən 29 ədəd texnika və 150 nəfər canlı qüvvə, Xüsusi Riskli Xilasetmə Xidmətindən 16 ədəd texnika və 200 nəfər canlı qüvvə, Aviasiya dəstəsindən 3 ədəd helikopter və 1 ədəd “BE-200ÇS” tipli təyyarə, Mülki müdafiə qoşunlarından 3 ədəd texnika və 53 nəfər canlı qüvvə cəlb olunub. Soyutma işləri davam etdirilir.

Həmçinin oxu: Bakıda güclü yanğın davam edir, təyyarə də köməyə gəldi - VİDEO

İlkin hesablamaya əsasən, təxminən 5 hektar bazar ərazisinin 2 hektarı yanıb. Bazarın qalan hissəsi və bitişik tikintilər, o cümlədən yaşayış evləri yanğından mühafizə olunub.

İlkin ehtimala əsasən, yanğın bazarda yerləşən kafel-metlax satışı mağazasında elektrik kabellərində başlayıb.

Hazırda araşdırma işləri davam etdirilir.

10:02

Bakının Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında baş verən yanğını söndürmək üçün Fövqəladə Hallar Nazirliyinin 3 helikopteri cəlb olunub.

BakuCity.az xəbər verir ki, yanğınla əlaqədar "Çağırış 3" elan olunub.

Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. 

Səhiyyə Nazirliyindən bildirilib ki, hadisə yerinə artıq 5 briqada cəlb olunub.

Saat 10:45-ə olan məlumata görə, 6 nəfərə yerində yardım göstərilib, 2 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə, bir nəfər əlin kəsilmiş yarası diaqnozu ilə Travmatologiya və Ortopediya İnstitutuna gətirilib.

Özəl videogörüntü:

09:03

Paytaxtın Binəqədi rayonunda, Bakı-Sumqayıt yolundakı “EuroHome” tikinti materialları bazarı ərazisində yanğın baş verib.

Bu barədə BakuCity.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Həmçinin oxu: Ana qapını bağlayıb getdi, övladları tüstüdən öldü - Bakıda DƏHŞƏT

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Bakıda tikinti bazarında yanğın söndürüldü: ilkin səbəbi açıqlandı - YENİLƏNİB + FOTO/VİDEO, fotoşəkil-1 Bakıda tikinti bazarında yanğın söndürüldü: ilkin səbəbi açıqlandı - YENİLƏNİB + FOTO/VİDEO, fotoşəkil-2 Bakıda tikinti bazarında yanğın söndürüldü: ilkin səbəbi açıqlandı - YENİLƏNİB + FOTO/VİDEO, fotoşəkil-3 Bakıda tikinti bazarında yanğın söndürüldü: ilkin səbəbi açıqlandı - YENİLƏNİB + FOTO/VİDEO, fotoşəkil-4 Bakıda tikinti bazarında yanğın söndürüldü: ilkin səbəbi açıqlandı - YENİLƏNİB + FOTO/VİDEO, fotoşəkil-5 Bakıda tikinti bazarında yanğın söndürüldü: ilkin səbəbi açıqlandı - YENİLƏNİB + FOTO/VİDEO, fotoşəkil-6 Bakıda tikinti bazarında yanğın söndürüldü: ilkin səbəbi açıqlandı - YENİLƏNİB + FOTO/VİDEO, fotoşəkil-7 Bakıda tikinti bazarında yanğın söndürüldü: ilkin səbəbi açıqlandı - YENİLƏNİB + FOTO/VİDEO, fotoşəkil-8 Bakıda tikinti bazarında yanğın söndürüldü: ilkin səbəbi açıqlandı - YENİLƏNİB + FOTO/VİDEO, fotoşəkil-9 Bakıda tikinti bazarında yanğın söndürüldü: ilkin səbəbi açıqlandı - YENİLƏNİB + FOTO/VİDEO, fotoşəkil-10 Bakıda tikinti bazarında yanğın söndürüldü: ilkin səbəbi açıqlandı - YENİLƏNİB + FOTO/VİDEO, fotoşəkil-11 Bakıda tikinti bazarında yanğın söndürüldü: ilkin səbəbi açıqlandı - YENİLƏNİB + FOTO/VİDEO, fotoşəkil-12 Bakıda tikinti bazarında yanğın söndürüldü: ilkin səbəbi açıqlandı - YENİLƏNİB + FOTO/VİDEO, fotoşəkil-13 Bakıda tikinti bazarında yanğın söndürüldü: ilkin səbəbi açıqlandı - YENİLƏNİB + FOTO/VİDEO, fotoşəkil-14 Bakıda tikinti bazarında yanğın söndürüldü: ilkin səbəbi açıqlandı - YENİLƏNİB + FOTO/VİDEO, fotoşəkil-15 Bakıda tikinti bazarında yanğın söndürüldü: ilkin səbəbi açıqlandı - YENİLƏNİB + FOTO/VİDEO, fotoşəkil-16 Bakıda tikinti bazarında yanğın söndürüldü: ilkin səbəbi açıqlandı - YENİLƏNİB + FOTO/VİDEO, fotoşəkil-17 Bakıda tikinti bazarında yanğın söndürüldü: ilkin səbəbi açıqlandı - YENİLƏNİB + FOTO/VİDEO, fotoşəkil-18 Bakıda tikinti bazarında yanğın söndürüldü: ilkin səbəbi açıqlandı - YENİLƏNİB + FOTO/VİDEO, fotoşəkil-19 Bakıda tikinti bazarında yanğın söndürüldü: ilkin səbəbi açıqlandı - YENİLƏNİB + FOTO/VİDEO, fotoşəkil-20

BakuCity.az

Bakı yanğın tikinti bazarı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər